Son dəqiqə
Azərbaycanda doğum prosesində ölənlərin sayı məlum olubGəncə Beynəlxalq Xəstəxanasının sahibinin üç milyon manat borcu yaranıbABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıbQətər İrandan təzminat tələb edirÇində dəhşətli anlar: Alovla rəqs göstərən qadın səhnədə yanmağa başladı - VİDEOSaxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə barədə QƏRAR verildi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir
Dünya

İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir

Bu gün
17:34
0 baxış
Paylaş:

Məşhur milyarder İlon Mask "OpenAI" şirkəti ilə davam edən məhkəmə çəkişməsi çərçivəsində qurumun baş direktoru Sem Altmanın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.

Məşhur milyarder İlon Mask "OpenAI" şirkəti ilə davam edən məhkəmə çəkişməsi çərçivəsində qurumun baş direktoru Sem Altmanın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.

Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Xatırladaq ki, 2024-cü ildə Mask populyar "ChatGPT" süni intellekt sistemini yaradan "OpenAI" şirkətinə qarşı iddia qaldıraraq rəhbərliyi qeyri-kommersiya missiyasından yayınmaqda ittiham etmişdi. Ötən çərşənbə axşamı iş adamı Kaliforniya Məhkəməsinə əlavə sənədlər təqdim edib. O bildirib ki, məhkəmə iddiasının əsas məqsədi şirkətin ilkin qeyri-kommersiya statusunu qaytarmaq, eyni zamanda, Sem Altman və Qreq Brokmanı tutduqları vəzifələrdən kənarlaşdırmaqdır.

Bununla yanaşı, İlon Mask məhkəmə tərəfindən hər hansı maliyyə kompensasiyası təyin olunarsa, həmin vəsaitin "OpenAI"ın qeyri-kommersiya bölməsinə köçürülməsini tələb edib. "Maskın tələb etdiyi maddi təzminat birbaşa olaraq bu prosesin əsas hədəflərinə xidmət edir. Məqsəd onun quruluş mərhələsində yaratdığı və maliyyələşdirdiyi xeyriyyə təşkilatının şəxsi, kommersiya maraqlarına xidmət edən quruma çevrilməsinə imkan verməməkdir", - deyə agentlik məhkəmə materiallarına əsaslanaraq qeyd edib.

Milyarder bu yeni hüquqi sənədləri, "OpenAI" rəhbərliyinin Kaliforniya və Delaver ştatlarının baş prokurorlarına müraciət edərək Maska qarşı təhqiqat başladılmasını tələb etməsindən bir gün sonra təqdim edib. Süni intellekt şirkəti Maskı onların fəaliyyətini əngəlləmək məqsədi daşıyan qərəzli kampaniyada günahlandırıb. Həmçinin "OpenAI" tərəfi Maskın hərəkətlərini "azad rəqabət qaydalarına zidd və qəbuledilməz davranış" kimi qiymətləndirir.

Mənbənin məlumatına görə, İlon Mask və "OpenAI" arasında baş tutacaq hüquqi proses üçün münsiflər heyətinin seçiminə aprel ayında start veriləcəyi planlaşdırılır. Sözügedən işə ABŞ-nin Kaliforniya ştatında yerləşən Oklend Dairə Məhkəməsində baxılacağı bildirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İlon_Mask#ChatGPT#OpenAI#Süni_intellekt#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Sem_Altman

Oxşar Xəbərlər

ABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıbDünya

ABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıb

ABŞ-nin məhkəmə tarixində ilk dəfə olaraq bir vətəndaş süni intellekt (Sİ) vasitəsilə həqiqi insanların intim fotolarını hazırladığı üçün qanun qarşısında cavab verib.

Bu gün
18:061
Qətər İrandan təzminat tələb edirDünya

Qətər İrandan təzminat tələb edir

"İran hücumlarının vurduğu ziyanı ödəməlidir".

Bu gün
17:500
Çində dəhşətli anlar: Alovla rəqs göstərən qadın səhnədə yanmağa başladı - VİDEODünya

Çində dəhşətli anlar: Alovla rəqs göstərən qadın səhnədə yanmağa başladı - VİDEO

Çində alovlu rəqs nümayiş etdirən qadın qəfildən yanmağa başlayıb.

Bu gün
17:520
SEPAH: "ABŞ və İsrail hədəflərinə qarşı 100-cü hücum dalğasına hazırıq" - VİDEODünya

SEPAH: "ABŞ və İsrail hədəflərinə qarşı 100-cü hücum dalğasına hazırıq" - VİDEO

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki ABŞ-İsrail hədəflərinə qarşı 100-cü mümkün hücum dalğası barədə bəyanat verib.

Bu gün
17:300