
Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə barədə QƏRAR verildi - FOTO
Bakıda əvvəllər özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli və Mereuta Nina Fyodorovna yenidən hakim qarşısına çıxarılıblar.
Bakıda əvvəllər özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli və Mereuta Nina Fyodorovna yenidən hakim qarşısına çıxarılıblar.
Gundem.today "Unikal"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər Yasamal Rayon Məhkəməsinin onlar barəsində çıxardığı həbs qərarından apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Fotoda Firdovsi Ələkbərov
Qeyd edək ki, Ayxan Ələkbərli Bakıda sevgilisi Mereuta Nina Fyodorovna ilə birgə 6 yaşlı azyaşlıya işgəncə verməkdə təqsirləndirilir.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Mereuta Nina Fyodorovna 2024-cü ilin iyun ayının ortalarından 2025-ci ilin sentyabr ayının 6-dək paytaxtın Yasamal rayonunda yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ələkbərli Ayxan Firdovsi oğlu ilə birlikdə özünün Ramin Ramizoğlu ilə birgə nikahından olan 23.01.2020-ci il təvəllüdlü azyaşlı övladı A.A.-nı mütəmadi olaraq bədəninin müxtəlif nahiyələrinə vurub, qaranlıq hamam otağına salıb fiziki ağrı və psixi iztirablar verməklə döyüblər.
Sonuncu dəfə 06.09.2025-ci il tarixdə həmin ünvanda azyaşlının bədəninə bel kəməri və çəkiclə bir neçə dəfə vurublar.
Keçirilmiş ekspertizaların nəticəsinə əsasən, köməksiz vəziyyətdə olan azyaşlı A.A.-nın travmadan sonra stres pozuntusu yaranıb, sağ diz oynağı nahiyəsində yumşaq toxumaları əzilib, diz oynağında hərəkət funksiyası nisbi pozulub.
Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 133.2.5-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalRestoranda tanışını bıçaqlayan şəxsin məhkəməsi keçirilib
Bakıda restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Kriminalİki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"
Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
KriminalSabunçuda qadın evdən doqquz min manat oğurlayıb
Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
KriminalMüdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum oldu
Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi mayor Rasim Həsənovun hərbi qulluqçulara saxta rəy verərək rüşvət alması ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar məhkəməyə göndərilib.