Son dəqiqə
Futbolda hissələrin 25 dəqiqəyə endirilməsi təklif edilirTramp İslamabadda İranla danışıqların mümkünlüyünü açıqladıAvstraliyalı sprinter Useyn Boltun dünya rekordunu yenilədiRusiya ordusu xaricdəki vətəndaşlarını qoruyacaq - YENİ QANUNTƏBİB-ə yeni icraçı direktor TƏYİN EDİLDİYaxın Şərqdə gərginlik fonunda neft qiymətlərinin artması Azərbaycan üçün hansı təsirləri yaradır?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. İqtisadi artım niyə azalıb?
İqtisadi artım niyə azalıb?
İqtisadiyyat

İqtisadi artım niyə azalıb?

Bu gün
17:40
0 baxış
Paylaş:

Pərviz Heydərov yazır...

Pərviz Heydərov yazır...

Bu ilin birinci rübündə, yəni yanvar-mart ayları ərzində ölkədə 29 milyard 703.2 milyon manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal olunub ki, bu da, ötən ilin eyni dövrünə nisbətən 0.3% az deməkdir. Qeyd olunan müddətdə neft-qaz sektoru üzrə ÜDM-nin dəyəri 1.2% azalaraq 8 milyard 531.6 milyon manata düşüb, qeyri-neft-qaz sektoru üzrə isə 0.2% artaraq 21 milyad 171.6 milyon manata çatıb.

Müqayisə üçün xatırladım ki, ilin ilk iki ayı ərzindəsə 0.3%-lik artım qeydə alınmışdı. Yanvarın yekununda bu rəqəm hətta, 1.7% həddə bərabər idi. 2025-ci ilin eyni rübünün nəticəsinə görə isə 0.3% artım əldə olunmuşdu.

Yeri gəlmişkən, keçən ilin analoji dövründən misal gətirmişkən bir məqama da toxunum: Statistika Komitəsinin əsas makroiqtisadi göstəricilərin aylıq və rüblük icmalına dair yenilənmiş variantında nədənsə həmişə olduğu kimi ötən ilin deyil, məhz eyni il üzrə əvvəlki ayların keçən ilin analoji dövrü ilə müqayisəsi əksini tapır. Bu isə hesab edirəm, iqtisadi artım üzrə dinamikanı bütün detalları ilə nəzərdən keçirərək təhlil etməyə, nəticə çıxartmağa imkan vermir.

Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etmişdi ki, problem neft hasilatının təbii azalmasındadır. "Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir", - deyə, ölkə başçısı vurğulamışdı.

Lakin eyni zamanda, ölkə rəhbəri əlavə etmişdi ki, hökumət neft hasilatının sabitləşdirilməsi üzərində işləyir və təbii qaz hasilatını artırmaq istiqamətində də addımlar atır. Bütün bunların sayəsində də iqtisadiyyata əlavə dinamika və onun böyüməsinə töhfə vermək nəzərdə tutulur.

Qeyd olunan hədəfə çatanadək isə iqtisadiyyatın qeyri-neft-qaz sektoru ÜDM istehsalının enməsi qarşısını almalıdır. Ümumiyyətlə, ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan məhz bu faktordur. Hər rübdə və ildə nə artım baş veribsə və verirsə, bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olub və olur.

Birinci rübdə iqtisadi artımın azalması da qeyd olunan amillə bağlıdır.

Söhbət ondan gedir ki, cari il başlayandan qeyri-neft-qaz sektoru üzrə istehsalın artım tempi də azalmağa doğru dinamika nümayiş etdirir. Belə ki, yanvar ayının yekununa sözügedən sahədə artım 2.3% qeydə alınmışdısa, fevral da daxil bu rəqəm 1.4%, ötən üç aya görə isə 0.2%-ə bərabər olub. İl başlayandan bəri qeyri-neft-qaz sektorunda artımın bu cür azalması tempi ciddi araşdırma və diqqət tələb edir.

Yeri gəlmişkən, ötən il də ölkədə iqtisadi artım zəif xarakter daşıdı. Bu, özünü ilin əvvəlindən göstərməyə başladı ki, ilin ortasına doğru vəziyyət nisbətən düzəldi. Lakin problem köklü və dərin xarakter daşıdığından vəziyyət əvvəlki kimi yenə kövrək əhəmiyyət kəsb etməkdə davam etdi.

Bundan əlavə onu da nəzərə almaq vacibdir ki, ölkəmizə yaxın geosiyasi məkanda artıq, dördüncü ildir cərəyan edən Rusiya-Ukrayna və üstəlik, bu ilin fevralından ABŞ-İsrail cütlüyünün İrana qarşı başlanan hücumu nəticəsində də baş verməkdə olan növbəti böyük, gərgin müharibə və münaqişələr zəminində müxtəlif proseslər gedir ki, Qərbin çoxsaylı sanksiyaları nəticəsində al-əlvan oyunlar oynanılır.

Gizli ticarət əlaqələri, alış-veriş, tranzit münasibətləri və sair, bir sıra ölkələrin nəyi haradan etdiyinə, bəzi göstəricilərə necə nail olduqlarına dair sual və şübhələr yaradır.

Məsələn, bilavasitə Yaxın Şərqdəki müharibə ilə əlaqədar yazmışdım ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə inkişafına maneələr yarana, müharibə uzun müddət davam etdiyi təqdirdə isə bunun acı nəticələri hər birimiz tərəfimizdən birbaşa olaraq əyani hiss edilə bilər. Bütün bunların müqabilində qlobal neft qiymətlərinin 50% deyil, lap 100-200% qalxmasının isə belə əslində, xeyri yox, zərəri var.

Bəli, neft hasilatımız enir, qiyməti isə qeyri-sabitdir... Qazla bağlı vəziyyət də stabil xarakter daşımır. Azərbaycanda ÜDM istehsalı həcmi isə bunlara bağlıdır.

Belə bir fonda iqtisadiyyatın təhlükəsizliyi üçün mühüm amillərdən olan məsələn, xarici ticarət dövriyyəsinin azalması, inflyasiyanın sürətlənməyə meyil göstərməsi kimi elementlər ciddi nəzarət altında saxlanmalı, bunların qarşısı alınmalıdır. Hesab edirəm, qeyri-neft-qaz sektorunda artımı zəiflədən də öncə məhz, bu faktorlardır.

Cari il üçün ölkədə ÜDM istehsalı üzrə artım 2.9% səviyyəsində proqnozlaşdırılıb. Ümumiyyətlə, İqtisadiyyat Nazirliyi 2026-cı ildə 2.9%, 2027-ci ildə 3.3%, AMB isə müvafiq olaraq 2.4% və 2.9% artım gözləyir.

BVF 2026-cı il üçün 2.1%, S&P 2%, "Fitch və Moody"s" 2.5%, Dünya Bankı 1.8-2%, BMT 2.6-2.7% aralığında proqnoz verib. "ING Group" isə 2026-cı ildə 2.5%, 2027-ci ildə 3% artım gözləyir.

İqtisadiyyatımız bizə inkişaf etməyə, əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə investisiya qoymağa, ümumən, daha da güclənməyə imkan verməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Pərviz_Heydərov#Azərbaycan#İran#Ukrayna#Rusiya_Federasiyası#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İqtisadiyyat_Nazirliyi#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#İsrail#Azərbaycan_Respublikası#Rusiya#İş_elanları

Oxşar Xəbərlər

Yaxın Şərqdə gərginlik fonunda neft qiymətlərinin artması Azərbaycan üçün hansı təsirləri yaradır?İqtisadiyyat

Yaxın Şərqdə gərginlik fonunda neft qiymətlərinin artması Azərbaycan üçün hansı təsirləri yaradır?

"Yaxın Şərqdə geosiyasi gərginlik fonunda neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatı üçün çoxşaxəli təsirlər yaradır. Bu təsirlər həm müsbət imkanlar, həm də müəyyən çağırışlarla müşayiət olunur".

Bu gün
20:120
BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladıİqtisadiyyat

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempini 2026-cı ildə 2.2%, 2027-ci ildə isə 2.5% səviyyəsində proqnozlaşdırır.

Bu gün
18:540
"Bitcoin"in qiyməti son dörd həftənin ən yüksək səviyyəsinə çatdıİqtisadiyyat

"Bitcoin"in qiyməti son dörd həftənin ən yüksək səviyyəsinə çatdı

"Bitcoin" (BTC) son dörd həftə ərzində qeydə alınan ən yüksək qiymət həddinə çatıb. Belə ki, aprelin 14-də səhər saatlarında kriptovalyutanın dəyəri martın 17-dən bəri ilk dəfə 74 933 dollar səviyyəsinədək artıb.

Bu gün
15:280
Orxan Məmmədov: "Qadın sahibkarlığın yüksəlişinə nail olmadan iqtisadi inkişafdan danışmaq olmaz"İqtisadiyyat

Orxan Məmmədov: "Qadın sahibkarlığın yüksəlişinə nail olmadan iqtisadi inkişafdan danışmaq olmaz"

"Qadın sahibkarlığın yüksəlişinə nail olmadan ölkənin iqtisadi inkişafından danışmaq olmaz".

Bu gün
12:540