
İqtisadi Şuranın iclası keçirildi: Qurumlara tapşırıqlar verildi - FOTO
İqtisadi Şuranın növbəti iclası keçirilib.
İqtisadi Şuranın növbəti iclası keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"u tərəfindən hazırlanan "Tikinti və kommunal infrastruktura qoşulma" və "Sənaye" adlı sənədlər üzrə bu sahələrdə sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun məruzəsi dinlənilib.
İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar - ədliyyə naziri Fərid Əhmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev, fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətov çıxış ediblər.
Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatŞuşa Şəhər Kollecinin binası təmir olunacaq
Şuşa Şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakwltəsi) binasının əsaslı təmiri və bərpası olunması nəzərdə tutulur.
İqtisadiyyatİqtisadiyyatda Naxçıvan modeli: Biznes üçün görünməmiş gömrük və vergi güzəştləri
Naxçıvan Muxtar Respublikasının inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
İqtisadiyyatAzərbaycanda bir ASC-nin 11 milyon manatlıq mülkləri satışa çıxarılır - SİYAHI
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlaklar satışa çıxarılacaq.
İqtisadiyyat"Gəncə KOB evi"ndə sahibkarlara YENİ İMKANLAR: 35 dövlət qurumunun 300-dən çox XİDMƏTİ - FOTO
"2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1.5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əm