Son dəqiqə
Astroloqlar, numeroloqlar və enerji verənlər: Yeni dövrün dələduzlarıSAXAL Livanda əməliyyat başlayandan "Hizbullah"ın 1400 üzvünün öldürüldüyünü açıqlayıbTramp: "Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər"İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldıAbşeronda şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ: Valideynlər çətin vəziyyətdə qalıblar - VİDEOKİV: İsrail Livanı vursa, İran danışıqları dayandıracaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Seymur Talıbova verilirdi"
Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Seymur Talıbova verilirdi"
Kriminal

Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Seymur Talıbova verilirdi"

Bu gün
19:24
0 baxış
Paylaş:

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" (AAYDA) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" (AAYDA) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Gundem.today "Report"a istinadla xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxsin ifadəsi dinlənilib.

Müttəhim Bəhruz Əsgərov bildirib ki, o, 2009-cu ildə "Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti"nə baş direktor vəzifəsinə təyin edilib:

"Daha sonra publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışmışam. Qurumun 8 idarəsi olub və azad olunana kimi mənə heç kim heç nə deməyib. Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparıldı, mən onların heç birində iştirak etməmişəm. Bəzi idarələrin 2018-ci ildə olmalı yoxlamaları 2023-cü ildə başladıldı.

Bizə sifarişlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən gəlirdi, buna uyğun olaraq "Forma 2"lərin əsasında pul ayrılırdı. Ayrılan pullardan Səbuhi Məmmədovun xəbəri var idi. Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov sifarişi verirdi, gedib baxırdıq, ölçürdük. Yolların çəkilməsinə ayrılan vəsaitin üzərinə əlavə olaraq 12 faiz qoyulurdu. Sonra hər ay iclas olurdu, orada gördüyüm işlər barədə məlumat verirdim. Sonra baş nazir Səbuhi Məmmədov sərəncam imzalayırdı, pul ayrılırdı.

Yol idarələrinin müdirləri götürülən yola ayrılan pulların 10 faizini gətirib mənə verirdilər, mən də elə həmin gün aparıb Hicran Rüstəmova təqdim edirdim. O da pulu Seymur Talıbova (Vasif Talıbovun oğlu - red.) çatdırırdı. 2022-ci ilədək bu belə davam edirdi. Digər iki faiz isə bank xərclərinə gedirdi.

Aldığımız "bonuslara", paketlərə gəlincə, bunu maaşlarımız az olduğuna görə alırdıq. Məsələn, mühəndis 350 manat, digər işçilər daha az maaş alırdı, aldığımız bonuslar gördüyümüz işə görə verilirdi. Bu, Ali Məclis sədrinin tapşırığı idi. Pulların hamısını Maliyyə Nazirliyi görürdü".

Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ildə Maliyyə Nazirliyinin Mübariz adlı işçisi onun yanına gəlib:

"Mübariz yanıma gələndə özü ilə bərabər Cavid adlı birini gətirmişdi. Bildirdi ki, ona 20 min manat ödəniləcək, asfaltın qalınlığını yoxlayacaqlar. Nazirlər Kabinetinə məlumat verdim, maliyyə naziri Həsən İsmayılova bildirdim, etiraz etdim. Sonra Mübariz dedi ki, görərsiniz, başınıza oyun açacağıq. Mən də dedim ki, tenderdən kənar qorxuram, onlar da tərs düşdülər. Fuad Nəcəfli gələnə kimi 2 min manata yaxın maaş alırdım. Özü Bakıya zəng etdi, ezam kimi bir nümayəndəmizi göndərdik, əməkhaqqılarımız onların maaşlarına uyğun olaraq tarazlaşdırıldı.

Özümü qismən təqsirli bilirəm. Bilsəydim belə olacaq, heç əvvəldən burada işləməzdim".

Məhkəmə növbəti iclası mayın 1-dək təxirə salınıb.

Qeyd edək ki, Bəhruz Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Naxçıvan_Avtomobil_Yolları#Bəhruz_Əsgərov#məhkəmə_prosesi#cinayət_işi#mənimsəmə_ittihamı#vəzifə_saxtakarlığı#Seymur_Talıbov#Hicran_Rüstəmov#Naxçıvan_Ağır_Cinayətlər_Məhkəməsi#maliyyə_yoxlamaları

Oxşar Xəbərlər

İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldıKriminal

İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı

İmişlidə 15 yaşlı qızın meyiti tapılıb.

Bu gün
20:360
Naxçıvanda söyüş söyən tiktoker CƏRİMƏLƏNDİKriminal

Naxçıvanda söyüş söyən tiktoker CƏRİMƏLƏNDİ

"TikTok" sosial şəbəkəsində söyüş söyən şəxs məsuliyyətə cəlb olunub.

Bu gün
18:560
Paytaxtda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə YAXALANDI - ANBAAN GÖRÜNTÜKriminal

Paytaxtda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə YAXALANDI - ANBAAN GÖRÜNTÜ

Paytaxtda 42 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu gün
17:460
Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRARKriminal

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib.

Bu gün
17:241