
İran-ABŞ dialoqunda kritik mərhələ: Tehrandan Vaşinqtona SƏRT MESAJ
Rəsmi Tehran Birləşmiş Ştatlarla nəticəsiz dialoqlara zaman sərf etmək istəmir və Vaşinqtondan öz mövqeyinə aydınlıq gətirməsini tələb edir.
Rəsmi Tehran Birləşmiş Ştatlarla nəticəsiz dialoqlara zaman sərf etmək istəmir və Vaşinqtondan öz mövqeyinə aydınlıq gətirməsini tələb edir.
Gundem.today məlumat verir ki, bu fikirləri İran Parlamentinin (Məclisin) Milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi "Əl-Cəzirə" telekanalına müsahibəsində səsləndirib.
"Danışıqlar prosesinə qatılmaqla əlaqədar hər hansı bir problemimiz yoxdur. Ancaq biz vaxt itkisinə səbəb olacaq görüşlərlə razılaşmırıq. Aparılan müzakirələr İran üçün dəqiq və müəyyən yekunlara malik olmalıdır. Lakin ABŞ-nin bu prosesdəki mövqeyi hələ də tam olaraq formalaşmayıb", - deyə o vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyadan Türkiyəyə gedən neft tankerinə görə Dardanel boğazı bağlandı
Çərşənbə günü səhər saatlarında Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə tam dayandırılıb. Buna səbəb Rusiyadan Türkiyənin Kocaeli limanına doğru hərəkət edən Barbados bayraqlı "Zephyr Prosper" neft tankerində yaranmış texniki nasazlıq olub.
DünyaUkraynaya ayrılan yardımla bağlı yenilik - Aİ Kiyevə nə ilə bağlı icazə verdi?
Avropa İttifaqı (Aİ) Ukraynaya təqdim edilən maliyyə dəstəyinin hərbçilərin əməkhaqlarının ödənilməsinə yönəldilməsinə ilk dəfə olaraq razılıq verib.
DünyaRusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya hərbçiləri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüblər.
DünyaKonqresin üzvlərinə Kral III Çarlzla görüş üçün sərt təlimatlar verilib?
ABŞ Konqresinin üzvlərinə Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı riayət edilməsi vacib olan sərt etiket təlimatları təqdim edilib.