Son dəqiqə
Şahin Bağırov: "Temu" ilə bağlı mövcud limitdə dəyişiklik edilməyəcək"Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - ÖZƏLAFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırırAzarkeşlərin intizamsızlığı səbəbindən "Neftçi" və "Qarabağ" cərimələndiAZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. May ayında 35 dərəcə isti olacaq
May ayında 35 dərəcə isti olacaq
Cəmiyyət

May ayında 35 dərəcə isti olacaq

Bu gün
14:57
0 baxış
Paylaş:

May ayına olan hava proqnozu açıqlanıb.

May ayına olan hava proqnozu açıqlanıb.

Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, may ayında havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri yaranır.

Bu ilin may ayında ortaaylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olmasına baxmayaraq, ayrı-ayrı günlərdə intensiv yağışların yağması ehtimalı var.

Ayın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı gözlənilir. Birinci ongünlüyün ikinci yarısından etibarən isə əksər rayonlarda yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12-17, gündüzlər 20-25, bəzi günlərdə isə 27-32 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18-21 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturunun 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11-16°, gündüzlər 20-25°, bəzi günlərdə 30-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (33-62 mm) gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturu 14-18° isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 7-12°, gündüzlər 15-20°, bəzi günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (68-122 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 14-18° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12°, gündüzlər 15-20°, bəzi günlərdə 25-30° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (52-103 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 18-21° təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°, gündüzlər 23-28°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 30-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (43-67 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 16-19° olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11-16°, gündüzlər 20-25°, bəzi günlərdə 28-33° isti, dağlarda isə gecə 3-8°, gündüz 15-20° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər çox olacağı ehtimal olunur (26-166 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 19-22° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18°, gündüzlər 22-27°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 33-38° isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fərqlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 17-20° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°, gündüzlər 21-26°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 29-34° isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fərqlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Hava_proqnozu#Milli_Hidrometeorologiya_Xidməti

Oxşar Xəbərlər

Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - ÖZƏLCəmiyyət

Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - ÖZƏL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.

Bu gün
16:220
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər - VİDEOCəmiyyət

AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər - VİDEO

Aprelin 29-da "AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lerida şəhərinə yola salınıb.

Bu gün
16:040
Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI - FOTOCəmiyyət

Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI - FOTO

"Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır".

Bu gün
15:370
Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİCəmiyyət

Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Bakı-Şamax-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
15:220