
Rusiyadan Türkiyəyə gedən neft tankerinə görə Dardanel boğazı bağlandı
Çərşənbə günü səhər saatlarında Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə tam dayandırılıb. Buna səbəb Rusiyadan Türkiyənin Kocaeli limanına doğru hərəkət edən Barbados bayraqlı "Zephyr Prosper" neft tankerində yaranmış texniki nasazlıq olub.
Çərşənbə günü səhər saatlarında Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə tam dayandırılıb. Buna səbəb Rusiyadan Türkiyənin Kocaeli limanına doğru hərəkət edən Barbados bayraqlı "Zephyr Prosper" neft tankerində yaranmış texniki nasazlıq olub.
Gundem.today xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti tərəfindən məlumat yayılıb.
"Rusiyadan Kocaeli istiqamətində üzən 274 metr uzunluğundakı "Zephyr Prosper" neft tankerinin mühərrikində Kilitbahir kəndi yaxınlığında problem yaranıb. Hazırda üç buksir gəmisi tankerin təhlükəsizliyini təmin etmək üçün yardıma cəlb edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində boğazdan gəmilərin keçidi hər iki istiqamət üzrə müvəqqəti olaraq məhdudlaşdırılıb".
Məlumata əsasən, sözügedən "Zephyr Prosper" tankeri 2004-cü ildə istifadəyə verilib. Gəminin ümumi uzunluğu 274.2 metr, eni 48 metr, dedveyti isə 150 min ton təşkil edir.
Xatırladaq ki, Türkiyənin Dardanel (Çanaqqala) boğazı Egey dənizini Mərmərə dənizinə, Bosfor boğazı vasitəsilə isə Qara dənizə bağlayan mühüm dəniz yoludur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisində "Hizbullah" təşkilatına məxsus silah-sursatla dolu atəş mövqeyi və minalanmış çuxur aşkar edib.
Dünya"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırır
"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask "OpenAI" şirkətinin icraçı direktoru Sem Altmana qarşı qaldırdığı məhkəmə işinin ilk iclasında çıxış edib. Bu proses, hər iki şəxs süni intellekt sahəsində rəqib şirkətlərə rəhbərlik etməzdən əvvəl yaranmış uzunmüddətli ixtilafın ən yüksək həddi hesab olunur.
DünyaKrasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat
Krasnodarda (Rusiya) mütəşəkkil cinayətkar dəstəyə qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışlar aparılıb.
DünyaCənubi Koreyanın sabiq prezidentinin həbs müddəti artırıldı
İkinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyət orqanlarına mane olma işi üzrə cəzanı ağırlaşdıraraq azadlıqdan məhrumetmə müddətini yeddi ilə qədər artırıb.