
İran ABŞ ilə danışıqların ikinci raundu barədə QƏRAR VERİB?
İran ABŞ ilə danışıqların növbəti raundunda iştirakla bağlı qərar verməyib.
İran ABŞ ilə danışıqların növbəti raundunda iştirakla bağlı qərar verməyib.
Gundem.today xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, danışıqların növbəti raundu barədə hər hansı bir qərar qəbul edilməyib.
İran ABŞ ilə İslamabadda danışıqların ikinci turunda iştirak etməyə razılaşıb.
Gundem.today xəbər verir ki, bu barədə Paskistan rəsmilərinə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazında baş verən son gərginliklərə rəğmən İran nümayəndə heyəti Birləşmiş Ştatlarla təşkil olunacaq danışıqların növbəti mərhələsinə qatılacaq.
Xatırladaq ki, ötən gün IRNA agentliyi İranın ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda iştirakdan imtina etdiyi barədə məlumat paylaşmışdı.
Agentlik imtinanın səbəbi kimi Vaşinqtonun şişirdilmiş tələblərini, qeyri-real gözləntilərini, danışıqlar mövqeyinin daim dəyişməsini, ziddiyyətləri və İranın dəniz blokadasının davam etməsini göstərib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb
ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib.
DünyaTürkiyədə məktəbdə qətliam törədən şagirdin anası həbs edildi
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən İsa Aras Mersinlinin anası Peyman Pınar Mersinli həbs edilib.
DünyaKallas: "Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir"
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Tehranın Hörmüz boğazında gəmiçiliyə qoyduğu məhdudiyyətlərə cavab olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.
Dünyaİran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi
İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.