
Vahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"
"Bakı və İrəvan arasında sülh müqaviləsi artıq razılaşdırılıb və Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birgə onun imzalanması və yekun ratifikasiyası üzərində çalışacaq".
"Bakı və İrəvan arasında sülh müqaviləsi artıq razılaşdırılıb və Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birgə onun imzalanması və yekun ratifikasiyası üzərində çalışacaq".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan azərbaycanlı jurnalistlərə bildirib.
"Ermənistan və Azərbaycan artıq sülh şəraitindədir. Sazişin imzalanması barədə isə bildiyiniz kimi, sənəd paraflanıb və azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və yekun ratifikasiyası üzərində işləyəcəyik", - Kostanyan bildirib.
O əlavə edib ki, Ermənistan və Azərbaycan regionda kommunikasiyaların qarşılıqlı əsasda açılması ilə bağlı artıq siyasi öhdəlik götürüblər.
"Biz hazırda bu istiqamətdə işləyirik", - o qeyd edib.
İyunda keçiriləcək parlament seçkisindən danışan Kostanyan qeyd edib ki, bu, əslində, Ermənistanda sülh şəraitində keçiriləcək ilk seçkidir.
"Və mən hesab edirəm ki, Ermənistan xalqı sülh gündəliyini tamamilə dəstəkləyir", - o deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın Antalya Diplomatiya Forumunda iştirak etməməsi ilə bağlı sualı cavablandıran Kostanyan bunu ölkə daxilindəki siyasi vəziyyətlə izah edib.
"Ölkə daxilində kifayət qədər gərgin siyasi vəziyyət var və bu gün baş nazir parlamentin iclasında iştirak edib", - o bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətKostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub"
"Bakı və İrəvan müzakirələr aparıb, hər iki ölkədən hansı malların ixrac edilə biləcəyi barədə ilkin razılaşmalar əldə olunub".
SiyasətKostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir"
"Ermənistan Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisi və enerji resurslarının tədarükü üçün tranzit habı olmaq istəyir".
SiyasətAntalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTO
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.
SiyasətAndrey Sibiqa: "Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk"
"Ukrayna Azərbaycanla qarşılıqlı faydalı enerji tərəfdaşlığı qurmaq niyyətindədir".