
İran Hörmüz boğazından keçən gəmilər üçün alternativ marşrutlar müəyyənləşdirdi
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyi planlaşdıran gəmilərin minalarla toqquşma ehtimalını aradan qaldırmaq məqsədilə rəsmi Tehranın təklif etdiyi iki alternativ marşrutdan istifadə olunacağını açıqlayıb.
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyi planlaşdıran gəmilərin minalarla toqquşma ehtimalını aradan qaldırmaq məqsədilə rəsmi Tehranın təklif etdiyi iki alternativ marşrutdan istifadə olunacağını açıqlayıb.
Gundem.today xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Fars körfəzi, Hörmüz boğazında hərbi vəziyyət və dənizdə müxtəlif gəmi əleyhinə minaların mövcudluğu ehtimalı ilə əlaqədar boğazdan keçmək niyyətində olan bütün gəmilər sonrakı xəbərdarlığa qədər SEPAH ilə koordinasiyalı şəkildə alternativ hərəkət marşrutlarından istifadə etməlidirlər. Bu qərar dəniz təhlükəsizliyi prinsiplərinə riayət etmək və dəniz minaları ilə potensial toqquşmalardan qorunmaq üçün verilib", - deyə SEPAH-dan bildirilib.
Məlumata görə, SEPAH-ın təklif etdiyi hər iki alternativ marşrut Larak adasının akvatoriyasına aiddir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilər
İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.
DünyaCHP-nin Ankara bölgəsi üzrə rəhbəri saxlanıldı
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara bölgəsi üzrə rəhbəri Ümit Erkol saxlanılıb.
DünyaRusiyada Şahin Şıxlinskiyə qarşı daha bir iş üzrə cəza istənildi - VİDEO
Yekaterinburq şəhərinin Kirov Məhkəməsində baş tutan yekun dinləmələrdə dövlət ittihamçısı Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və onun oğlu Mütvəli barəsində ağırlaşdırılmış həbs cəzası tələb edib.
DünyaDonald Tramp: "NATO ehtiyac duyduğumuz zaman bizə kömək etməyib"
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rütte ilə görüşdən sonra alyans daxilində Qrenlandiyanın mənsubiyyəti məsələsində fikir ayrılıqları olduğunu xatırladıb.