
"İran münaqişəsi Ermənistan-Azərbaycan sülh prosesini təhlükə altına alır" - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Şərqdə artan gərginlik təkcə regional güclərin qarşıdurması ilə məhdudlaşmır. Bu proseslər artıq Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturasına birbaşa təsir edir.
"Foreign Policy" jurnalında dərc olunan "İran münaqişəsi Ermənistan-Azərbaycan sülh prosesini təhlükə altına alır" adlı məqalədə qeyd olunur ki, ABŞ-nin İran siyasəti Qafqazda əldə olunmuş nadir diplomatik irəliləyişi risk altına qoyur.
Məqalənin müəllifi Coşua Kuçera bu prosesi ABŞ diplomatiyasının azsaylı real uğurlarından biri kimi qiymətləndirir.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində parlamentlərarası diplomatiyanın rolundan danışıb.
"Beyaz Gazete" nəşrinin xəbərinə görə, o bildirib ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafı istisna edilmir.
Numan Kurtulmuşun sözlərinə görə, Qafqaz regionundakı digər dövlətlər də siyasi və parlamentlərarası səviyyədə üçtərəfli dialoq formatına cəlb edilə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətDünyaya səs salan "Tayfun Blok-4"ün gücü - Rusiya, İran, Çin və ABŞ ilə müqayisə - VİDEO
Baku TV"nin "Hərbi Xronika" rubrikasının yeni buraxılışında Türkiyənin müdafiə sənayesində, xüsusilə raket texnologiyaları sahəsində əldə etdiyi son mühüm nailiyyətlər və bunun regional strateji balanslara mümkün təsiri müzakirə olunub.
SiyasətDünyanın diqqəti Bakıda: Azərbaycan regionun güc balansını dəyişən vacib oyunçuya çevrilir
"ABŞ, İsrail və İran arasında hərbi qarşıdurma geniş münaqişəyə çevrildikcə Azərbaycan enerji axınlarını, logistika dəhlizlərini və regiondakı güc balansını dəyişən strateji baxımdan vacib, lakin dəyəri yetəri qədər bilinməyən oyunçuya çevrilir".
SiyasətABŞ-nin İrandakı səhvi: Avropa müharibəyə qoşulacaq? - VİDEO
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb.
SiyasətABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO
Amerika Birləşmiş Ştatları kəşfiyyatı davam edən atəşkəsə və münaqişənin gərginliyini azaltmaq üçün diplomatik səylərə baxmayaraq, Çinin İrana silah göndərməyə hazırlaşdığı qənaətinə gəlib.