
İran qalib gəldiyini dedi, Tramp özündən çıxdı - Atəşkəs hansı halda pozula bilər? - VİDEO
ABŞ Prezidenti Donald Tramp İranla ikihəftəlik atəşkəs razılaşması əldə edildikdən sonra ABŞ-nin tam və qəti qələbə qazandığını bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurası da ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb.
ABŞ Prezidenti Donald Tramp İranla ikihəftəlik atəşkəs razılaşması əldə edildikdən sonra ABŞ-nin tam və qəti qələbə qazandığını bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurası da ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb.
Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Bundan sonra İranın xarici işlər naziri Abbas Əraqçı sosial şəbəkə hesablarında atəşkəsin hansı şərtlərlə əldə olunduğunu bildirib. D.Tramp da A.Əraqçlnln yaydığı bəyanatı "Truth Social" hesabında paylaşıb.
İran XİN başçısının paylaşımı ilə Ali Milli Təhlükəsizlik Şurasının bəyanatı arasında fərq var. Ona görə də Tramp İranın qələbə bəyanatına qəzəblənib. Belə bir vəziyyətdə çaşqınlıq yaranır. Hansı tərəf qalibdir?
Düzdür, müharibədə adətən hər bir tərəf əldə etdiyini qələbə kimi təqdim edir, çünki əks halda, bu, xalqda ruh düşkünlüyü yarada bilər. Eyni zamanda, bu, ölkə daxilində müxalif qüvvələrə qarşı ənənəvi davranışdır.
Məsələyə İran tərəfindən baxanda sual yaranır: ABŞ ilə müharibədə nə oldu ki, razılıq əldə edildi? İran mübarizəni davam etdirə bilmədi, yoxsa ABŞ-ni hansısa məsələdə razı sala bildi?
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasət"Vaşinqton heç nəyə nail ola bilmədi" - ABŞ-İran atəşkəsi Yaxın Şərq üçün nə vəd edir? - VİDEO
ABŞ və İran arasında əldə olunan ikihəftəlik atəşkəs razılaşması Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir məqamda əldə olunub.
SiyasətNaxçıvan MSK-nın tərkibi yenidən formalaşdırılacaq
Naxçıvan Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
SiyasətNaxçıvanda Ombudsman haqqında qanun ləğv oluna bilər
Naxçıvanda "Ombudsman haqqında" Qanun ləğv oluna bilər.
SiyasətMoskva ilə Bakı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Aprelin 8-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.