
İran rəsmisi: "Müharibə illərlə davam etsə belə, ölkəmiz raket çatışmazlığı ilə üzləşməyəcək"
"Regionda müharibə illərlə davam etsə belə, İran raket və digər strateji resurs çatışmazlığı ilə üzləşməyəcək".
"Regionda müharibə illərlə davam etsə belə, İran raket və digər strateji resurs çatışmazlığı ilə üzləşməyəcək".
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi açıqlama verib.
Onun sözlərinə görə, İran ordusunun müdafiə imkanları ilə üzləşən qarşı tərəf müasir silahlara malik olmasına baxmayaraq məğlub olub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran Trampın ultimatumuna cavab verdi
Tehran ABŞ Prezidenti Donald Trampın aprelin 7-dək razılaşma əldə olunması ilə bağlı ultimatumuna reaksiya verib.
DünyaKİV: "Hizbullah" səhvən Britaniya gəmisini atəşə tutub
Böyük Britaniyaya məxsus hərbi gəmi Şərqi Aralıq dənizi akvatoriyasında Livan ərazisindən atəşə tutulub.
DünyaPakistan ordusu Əfqanıstanla sərhəddə hücum cəhdinin qarşısını alıb
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin sərhəd postunu ələ keçirmək cəhdinin qarşısını alaraq 37 nəfəri zərərsizləşdirib.
DünyaTramp: "ABŞ-nin İranla müharibəsi NATO üçün sınaq idi"
"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb".