Son dəqiqə
Moskvada qar rekordu: Nəqliyyatın hərəkəti iflic oldu, uçuşlar təxirə salındı - FOTO - VİDEOİsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTOBalet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJBuraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək - FOTOBakıda 41 yaşlı qadın faciəli şəkildə öldüTürkiyəli məşhur aşpaz Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum oldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
İran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
Dünya

İran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər

Bu gün
11:32
0 baxış
Paylaş:

"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub".

"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub".

Gundem.today-ın xəbərinə əsasən, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün "Telegram" kanalında yazıb.

"Oman mövcud münaqişədə olduqca müsbət mövqe sərgiləyən, bizə yaxın və dost dövlətdir. Hər iki ölkə Hörmüz boğazı ilə sərhəddə yerləşdiyi üçün bu mövzuda fikir mübadiləsinin aparılmasına ehtiyac duyulurdu. Boğaz daxilində gəmilərin təhlükəsiz hərəkəti qlobal əhəmiyyət daşıyır. Bu mühüm su yoluna nəzarət edən tərəflər kimi, biz ortaq mənafelərimizin qorunması məqsədilə fəaliyyətimizi sıx şəkildə koordinasiya etməliyik", - nazir Rusiyaya səfəri ərəfəsində qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Rusiya#Hörmüz_boğazı#Oman

Oxşar Xəbərlər

Moskvada qar rekordu: Nəqliyyatın hərəkəti iflic oldu, uçuşlar təxirə salındı - FOTO - VİDEODünya

Moskvada qar rekordu: Nəqliyyatın hərəkəti iflic oldu, uçuşlar təxirə salındı - FOTO - VİDEO

Rusiyanın paytaxtı Moskvaya və ətraf vilayətlərə güclü qar yağıb.

Bu gün
13:360
ABŞ "Abrams" tanklarının sonuncu partiyasını Tayvana çatdırıb - FOTODünya

ABŞ "Abrams" tanklarının sonuncu partiyasını Tayvana çatdırıb - FOTO

Taypeyin sifariş etdiyi 108 ədəd ABŞ istehsalı M1A2T "Abrams" tankının 28 ədəddən ibarət sonuncu partiyası Tayvana çatdırılıb.

Bu gün
13:120
Ən parlaq C/2025 R3 kometası Günəş sistemini həmişəlik tərk edirDünya

Ən parlaq C/2025 R3 kometası Günəş sistemini həmişəlik tərk edir

Səmadakı ən parlaq kometa kimi tanınan C/2025 R3 Günəş sistemini həmişəlik tərk etməyə hazırlaşır.

Bu gün
13:040
Finlandiya ordusunda kadr çatışmazlığı: Hərbçilər NATO-da xidmətdən imtina edirlərDünya

Finlandiya ordusunda kadr çatışmazlığı: Hərbçilər NATO-da xidmətdən imtina edirlər

Finlandiya silahlı qüvvələrində ciddi kadr itkisi baş verir. Bu tendensiya 2025-ci ildən bəri davam edir.

Bu gün
12:560