
ABŞ "Abrams" tanklarının sonuncu partiyasını Tayvana çatdırıb - FOTO
Taypeyin sifariş etdiyi 108 ədəd ABŞ istehsalı M1A2T "Abrams" tankının 28 ədəddən ibarət sonuncu partiyası Tayvana çatdırılıb.
Taypeyin sifariş etdiyi 108 ədəd ABŞ istehsalı M1A2T "Abrams" tankının 28 ədəddən ibarət sonuncu partiyası Tayvana çatdırılıb.
Gundem.today xəbər verir ki, bu barədə "Taipei Times" nəşri məlumat yayıb. Bildirilib ki, hərbi texnika bazar günü axşam saatlarında Taypey limanına gətirilib və ötən gecə Sinçu əyalətində yerləşən Zirehli Qoşunların Təlim Mərkəzinə təhvil verilib. Nəşr qeyd edir ki, yer üzünün ən güclüsü adlandırılan "Abrams" tankları Tayvanın şimalındakı Altıncı Ordu Komandanlığının tərkibində yerləşdiriləcək. Ada rəhbərliyi bu tankların daşınması məqsədilə əlavə olaraq 14 ədəd M88A2 təmir-təxliyə maşını və 16 ədəd M1070A1 ağır nəqliyyat vasitəsi də alıb.
M1A2T - ABŞ-nin M1 "Abrams" tanklarının yeni modifikasiyasıdır. Vaşinqton 2019-cu ildə Taypeyə bu tip 108 maşının satılmasına razılıq verib. Müqavilənin ümumi dəyəri təqribən 40.5 milyard Tayvan dolları (1.3 milyarda ABŞ dolları) təşkil edib. Bundan əvvəl adaya 80 tank (2024-cü ilin dekabrında 38 ədəd, 2025-ci ilin iyulunda 42 ədəd) gətirilmişdi. İlk 38 texnika artıq silahlanmaya qəbul edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Hizbullah" İsraillə birbaşa danışıqlardan və tərksilahdan imtina etdi
"Hizbullah" İsraillə birbaşa danışıqlar ehtimalını tamamilə rədd edir və tərk-silah məsələsini müzakirə etmək niyyətində deyil.
Dünyaİngiltərə millisinin futbolçusu Cek Qriliş barda sərxoş halda yuxuya gedib - VİDEO
"Everton" klubunun və İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Mançester şəhərindəki barların birinin damında yuxuya getmiş halda görüntülənib.
DünyaKİV: Mobil telefon ABŞ Məxfi Xidmət agentini güllədən xilas etdi
Donald Trampa qarşı insident zamanı ABŞ Məxfi Xidmətinin əməkdaşının həyatını mobil telefon xilas edib.
Dünya"Hizbullah" İsrail qoşunlarına qarşı beş böyük hücum həyata keçirib
Livanın "Hizbullah" hərəkatı İsrail ordusunun mövqelərini beş dəfə şiddətli atəşə tutub.