
Finlandiya ordusunda kadr çatışmazlığı: Hərbçilər NATO-da xidmətdən imtina edirlər
Finlandiya silahlı qüvvələrində ciddi kadr itkisi baş verir. Bu tendensiya 2025-ci ildən bəri davam edir.
Finlandiya silahlı qüvvələrində ciddi kadr itkisi baş verir. Bu tendensiya 2025-ci ildən bəri davam edir.
Gundem.today məlumat verir ki, finlandiyalı ictimai fəal Salli Rayski hərbçilərin kütləvi şəkildə ordudan getməsini yerli vətəndaşların NATO tərkibində xidmətdən boyun qaçırmaları ilə izah edib. Onun sözlərinə görə, bunun əsas səbəbi gələcək hərbi münaqişələrə və döyüşlərə cəlb olunma qorxusudur.
"RİA Novosti" agentliyinə danışan Rayski qeyd edib ki, vətəndaşlar orduya getmək istəmirlər: "Onlar dərk ediblər ki, Finlandiya və NATO birləşmələrində hərbi xidmət gözlənilməz macəralara gətirib çıxara bilər".
Fəal həmçinin vurğulayıb ki, hökumət gənc nəsli ordu sıralarına qatmaq məqsədilə millətçi təşkilatların imkanlarından faydalanmağa çalışır.
Xatırladaq ki, Salli Rayski daha öncə Rusiya Federasiyasına müraciət edərək oradan siyasi sığınacaq istəmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Hizbullah" İsrail qoşunlarına qarşı beş böyük hücum həyata keçirib
Livanın "Hizbullah" hərəkatı İsrail ordusunun mövqelərini beş dəfə şiddətli atəşə tutub.
DünyaPaşinyan Azərbaycanla sərhədin növbəti delimitasiyasının anonsunu verdi
"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan delimitasiya prosesini davam etdirəcəklər".
DünyaVaşinqtonda atışma zamanı baş verən gülməli hadisə izləyicilərin marağına səbəb olub - VİDEO
Aprelin 25-də Vaşinqtonda baş tutan şam yeməyində atışma səslərindən sonra siyasətçilər və media nümayəndələri masaların altında gizlənməyə çalışarkən qonaqlar arasından bir nəfər əyləşərək salat yeməyə davam edib.
DünyaGünəşdə iki partlayış baş verib
Aprelin 27-də Günəşdə sondan əvvəlki güc sinfinə aid iki partlayış qeydə alınıb.