
İrana dəyən zərər necə ödəniləcək? - Atəşkəs şərtlərində sürpriz maddə
İrana münaqişə zamanı dəyən zərərin xüsusi investisiya fondu vasitəsilə kompensasiya ediləcəyi iddia olunur.
İrana münaqişə zamanı dəyən zərərin xüsusi investisiya fondu vasitəsilə kompensasiya ediləcəyi iddia olunur.
Gundem.today xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranın təqdim etdiyi atəşkəs şərtlərinin tam mətni ilə tanış olan mənbə bildirib ki, zərərlərin ödənilməsi yaradılacaq investisiya-maliyyə fondu vasitəsilə həyata keçiriləcək. Fondun strukturu və idarəetmə mexanizmi barədə hələlik ətraflı məlumat verilməyib.
Bundan əlavə, qeyd olunur ki, İranın Hörmüz boğazı vasitəsilə keçən gəmilərdən gələcəkdə yığmağı planlaşdırdığı vergilərin bir hissəsi münaqişə nəticəsində dağıdılmış obyektlərin bərpasına yönəldiləcək.
Agentliyin məlumatına görə, atəşkəs şərtlərində İran və Omana Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək hüququnun verilməsi də yer alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLondonda maraqlı insident: Polisin arsenalından elektroşoker və sursatlar yoxa çıxıb - FOTO
London polisinin arsenalından üç "Taser" elektroşokeri və müvafiq sursatlar yoxa çıxıb.
DünyaÖzünəinamı sarsıdan "gözəllik" tələləri: Qadın bədəni haqqında doğru bildiyimiz yanlışlar
Ümumi praktika həkimi Amir Xan qadın bədəni haqqında ən çox yayılmış mifləri sadalayıb və onların özünəqiymətləndirməyə mənfi təsirləri barədə xəbərdarlıq edib.
DünyaÇin ABŞ və İran arasında atəşkəsin əldə olunmasına yardım edib
Çin İranla birbaşa əlaqə saxlayaraq Tehranın ABŞ ilə müvəqqəti atəşkəsə razılaşmasına çalışıb.
Dünya"Oasis" qrupunun lideri Noel Qallaherə məxsus gitara hərraca çıxarılıb
ABŞ-də "Sotheby's" hərrac evi Britaniyanın populyar "Oasis" qrupunun lideri Noel Qallaherə məxsus akustik gitaranı satışa çıxarıb.