
Osbornların Los-Ancelesdəki tarixi malikanəsi fantastik qiymətə satışa çıxarıldı
Ötən il vəfat edən məşhur ingiltərəli musiqiçi Ozzi Osbornun həyat yoldaşı Şeron Osborn Los-Ancelesdəki (ABŞ) malikanəsini 17 milyon dollara satışa çıxarıb.
Ötən il vəfat edən məşhur ingiltərəli musiqiçi Ozzi Osbornun həyat yoldaşı Şeron Osborn Los-Ancelesdəki (ABŞ) malikanəsini 17 milyon dollara satışa çıxarıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, Osbornlar sözügedən mülkü 2015-ci ildə 11.85 milyon dollara alıblar. 2022-ci ilin iyul ayında cütlük villanı 18 milyon dollara satmaq istəsə də, sonradan qiyməti 17.5 milyon dollara qədər endirib. Lakin bir müddət sonra elan satışdan çıxarılıb.
Satışa çıxarılan ev 1920-ci illərdə inşa edilib və Los-Ancelesin mərkəzinə yaxın ərazidə yerləşir. Mülkün ümumi sahəsi təxminən 948 kvadratmetrdir.
Qeyd olunur ki, Osbornlar 2007-ci ilə qədər Beverli-Hillzdə də digər bir malikanəyə sahib olublar. Məşhur "Osborn ailəsi" realiti-şousunun çəkilişləri məhz həmin evdə keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesKanye Uestin Böyük Britaniyaya girişi qadağan edildi
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ABŞ-li repçi Kanye Uestin ölkəyə girişini qadağan edib.
Şou-biznesAzərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb
Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun məhkəmə prosesində ittiham tərəfini təmsil edən şahid ifadə verib. O, ifadəsində qeyd edib ki, bloqer ona Moskvadakı mənzilini saxta yolla peçenye qarşılığında satıb.
Şou-biznesİbrahim Tatlıses xəstəxanaya yerləşdirildi
Məşhur türkiyəli müğənni İbrahim Tatlıses təcili xəstəxanaya yerləşdirilib.
Şou-biznesABŞ-li məşhur reper Floridada atışma zamanı yaralandı - VİDEO
Məşhur ABŞ-li reper Ofset (əsl adı Kiari Kendrell Sifus) Florida ştatındakı bir kazinonun qarşısında baş verən atışmadan sonra xəstəxanaya yerləşdirilib.