
İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQ
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.
Gundem.today xəbər verir ki, bu barədə bəyanat İranın dövlət televiziyasında səsləndirilib.
"Əgər aqressiv ABŞ ordusu regionda blokada və pirat hərəkətlərini davam etdirsə, bilməlidir ki, İranın güclü silahlı qüvvələrinin cavabı ilə üzləşəcək", - deyə qərargahın açıqlamasında bildirilib.
Qeyd olunub ki, İran ordusu ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün əvvəlki dövrlərlə müqayisədə daha güclü və hazırlıqlıdır.
Bəyanatda əlavə edilib ki, İran hərbçiləri regiondakı bütün "düşmən hərəkətlərini" diqqətlə izləyir, Hörmüz boğazına nəzarəti qoruyur və mümkün hücumlara ciddi cavab verməyə hazırdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMilyonlarla "Bitcoin" olan kriptocüzdanlar risk altında: Kvant sistemi ilə şifrə qırıldı
"Project Eleven" mərkəzi hamı üçün açıq olan kvant kompüterinin köməyi ilə elliptik əyri kriptoqrafiyasına əsaslanan 15 bitlik açarı uğurla sındıran tədqiqatçı Can Karlo Lelliyə 1 "Bitcoin" (hazırkı dəyəri ilə təxminən 77 700 ABŞ dolları) məbləğində "Q-Gün" mükafatını təqdim edib.
DünyaPakistan "EO-3" peykini uğurla orbitə çıxarıb - VİDEO
Pakistan Yer müşahidəsi üçün nəzərdə tutulan "EO-3" elektro-optik peykini uğurla orbitə çıxarıb.
DünyaTürkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilib
Türkiyənin Mülki Aviasiya Baş İdarəsi (SHGM) uçuş təhlükəsizliyini riskə atan portativ enerji qurğularının ("Powerbank") təyyarə daxilində şarj edilməsinin qadağan olunduğunu açıqlayıb.
Dünyaİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edib
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.