Son dəqiqə
Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASIWUF13 və AFFA-nın birgə seminarı keçirilibVahid indekslər siyahısı DƏYİŞDİ - Baş nazirdən yeni qərarİlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verirNazirlər Kabinetindən fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı QƏRARCinsiyyətini dəyişdirdiyi iddia edilən məşhur futbolçudan diqqətçəkən paylaşım - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İrandan SƏRT BƏYANAT: "Ölkənin müdafiə sektoru müzakirə obyekti ola bilməz"
İrandan SƏRT BƏYANAT: "Ölkənin müdafiə sektoru müzakirə obyekti ola bilməz"
Dünya

İrandan SƏRT BƏYANAT: "Ölkənin müdafiə sektoru müzakirə obyekti ola bilməz"

20 aprel 2026
14:40
0 baxış
Paylaş:

"İran İslam Respublikası Amerika Birləşmiş Ştatları ilə aparılan təmaslar çərçivəsində öz raket proqramına dair məsələlərə toxunmayıb və bundan sonra da bu mövzunu müzakirə etməyəcək".

"İran İslam Respublikası Amerika Birləşmiş Ştatları ilə aparılan təmaslar çərçivəsində öz raket proqramına dair məsələlərə toxunmayıb və bundan sonra da bu mövzunu müzakirə etməyəcək".

Gundem.today xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. Mətbuat konfransı zamanı jurnalistlərin İslamabadda ABŞ nümayəndələri ilə görüşlərdə raket proqramının gündəmə gətirilib-gətirilməməsi ilə bağlı sualını cavablandıran diplomat bildirib:

"Sizin bu sualınız çox qəribədir. Biz indiyə qədər dəfələrlə bəyan etmişik ki, dövlətimizin müdafiə sahəsi müzakirə oluna bilməz və heç bir halda danışıqların predmeti deyil".

Bundan başqa "Reuters" agentliyinin yüksəkrütbəli İran rəsmisinə istinadən verdiyi məlumata görə də, rəsmi Tehranın müdafiə potensialı, eləcə də raket proqramı ABŞ ilə ehtimal olunan danışıqların mövzusu ola bilməz. Həmçinin qeyd edilib ki, İranın nüvə proqramı ətrafında tərəflər arasındakı ziddiyyətlər hələ də qalmaqdadır və ABŞ-nin İrana qarşı hərbi-dəniz blokadasını davam etdirməsi sülh danışıqlarına zərbə vurur.

Rəsmi Tehran Birləşmiş Ştatlarla nəticəsiz dialoqlara zaman sərf etmək istəmir və Vaşinqtondan öz mövqeyinə aydınlıq gətirməsini tələb edir.

Gundem.today məlumat verir ki, bu fikirləri İran Parlamentinin (Məclisin) Milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi "Əl-Cəzirə" telekanalına müsahibəsində səsləndirib.

"Danışıqlar prosesinə qatılmaqla əlaqədar hər hansı bir problemimiz yoxdur. Ancaq biz vaxt itkisinə səbəb olacaq görüşlərlə razılaşmırıq. Aparılan müzakirələr İran üçün dəqiq və müəyyən yekunlara malik olmalıdır. Lakin ABŞ-nin bu prosesdəki mövqeyi hələ də tam olaraq formalaşmayıb", - deyə o vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ABŞ-İran_danışıqları#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)

Oxşar Xəbərlər

İlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verirDünya

İlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verir

Alimlərin apardıqları araşdırmalar göstərib ki, İlon Mask tərəfindən yaradılan "Grok" çatbotu istifadəçilərin zərərli illüziyalarını dəstəkləməklə yanaşı, yeni yanlış fikirlər də formalaşdırır.

Bu gün
15:560
İlon Maskın şirkəti robot-taksilərin satışına başladıDünya

İlon Maskın şirkəti robot-taksilərin satışına başladı

ABŞ-li sahibkar İlon Maska məxsus "Tesla" şirkəti tərəfindən yaradılan robotlaşdırılmış taksilər - "Cybercab"ın satışına başlanılıb.

Bu gün
15:400
Yaxın Şərq münaqişəsi Rusiyadan neft alışını kəskin artırdıDünya

Yaxın Şərq münaqişəsi Rusiyadan neft alışını kəskin artırdı

Yaxın Şərq münaqişəsi ilə əlaqədar yaranan qlobal enerji böhranı Sinqapurun Rusiyadan neft məhsulları idxalını kəskin şəkildə çoxaltması ilə nəticələnib.

Bu gün
15:320
Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTODünya

Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO

Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.

Bu gün
15:080