
İranın ABŞ-yə göndərdiyi təklifləri ChatGPT hazırlayıb? - Vensdən maraqlı açıqlama
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens iddia edib ki, rəsmi Tehran on bənddən ibarət tələblərinin ilkin variantını ChatGPT-in köməyi ilə hazırlayıb.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens iddia edib ki, rəsmi Tehran on bənddən ibarət tələblərinin ilkin variantını ChatGPT-in köməyi ilə hazırlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Vitse-prezidentin sözlərinə görə, İran tərəfi ümumilikdə üç müxtəlif təkliflə çıxış edib:
"Daha məntiqli görünən ikinci 10 bəndlik bir təklif mövcud idi. Prezident Donald Tramp həmin sənədə istinad edirdi və o, ötən gündən etibarən aktivliyini qoruyur".
Vensin qənaətincə, üçüncü paket birinciyə nisbətən daha maksimalist xarakter daşıyıb və sosial şəbəkələrdə yayılan versiya da məhz o olub.
Xatırladaq ki, 2026-cı ilin aprel ayının 8-də ABŞ dövlət başçısı Donald Tramp İrana qarşı irəli sürdüyü ultimatumun vaxtının başa çatmasına saatlar qalmış rəsmi Vaşinqtonun iki həftəlik atəşkəs rejimini qəbul etdiyini bəyan etmişdi.
ABŞ lideri özünün "Truth Social" şəbəkəsindəki hesabında qeyd edib ki, Pakistan rəhbərliyinin xahişini nəzərə alaraq və Hörmüz boğazının İran tərəfindən tamamilə açılması şərti müqabilində atəşkəsə razılıq verib. Tramp, həmçinin vurğulayıb ki, ABŞ rəhbərliyi İrandan on bəndlik siyahı əldə edib və respublikaçı siyasətçinin rəyinə görə, bu şərtlər gələcək sülh müqaviləsi üçün baza rolunu oynaya bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-İran danışıqları səbəbindən Pakistanın iki şəhərində əhali istirahətə göndərildi
Pakistan hakimiyyəti ABŞ və İran arasında gözlənilən danışıqların təhlükəsizliyinin təmin olunması üçün İslamabad və Ravalpindi şəhərlərində əlavə qeyri-iş günləri elan edib.
Dünyaİsrail ordusu Beyrutda "Hizbullah" liderinin şəxsi katibini məhv etdi
İsrail ordusu (SAXAL) "Hizbullah" lideri Naim Qasımın şəxsi katibinin dünən gecə Beyruta endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.
DünyaGürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR
Gürcüstanda Azərbaycanla sərhədin yaxınlığında qəzaya uğrayan Türkiyənin "C-130" hərbi yük təyyarəsi ilə bağlı aparılan texniki araşdırmalara dair hesabatda yeni detallar açıqlanıb.
DünyaKİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilər
İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.