Son dəqiqə
Azərbaycanda həkim vəfat etdi - FOTODünya əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçibNetanyahu İsrailin İrandakı dəmir yollarına və körpülərə hücumlarını təsdiqlədi43 müəssisədə yoxlamalar: Tonlarla zəhərli maddə aşkarlanıb - FOTOBəxtiyar Bərxudarova vəzifə verildi"Kapital Bank"ın İdarə Heyətinin sədri beşinci "Yüksəliş" müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İranın enerji infrastrukturu vurulsa hansı fəlakətlər ola bilər? - REGİON TƏŞVİŞDƏ
İranın enerji infrastrukturu vurulsa hansı fəlakətlər ola bilər? - REGİON TƏŞVİŞDƏ
Siyasət

İranın enerji infrastrukturu vurulsa hansı fəlakətlər ola bilər? - REGİON TƏŞVİŞDƏ

Bu gün
17:48
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Trump "Truth Social" hesabında paylaşım edərək bildirib ki, Tehran Hörmüz boğazından hərəkəti bərpa etməyəcəyi təqdirdə, çərşənbə axşamı iranın elektrik stansiyalarına, körpülərə zərbələr endiriləcək:

ABŞ Prezidenti Donald Trump "Truth Social" hesabında paylaşım edərək bildirib ki, Tehran Hörmüz boğazından hərəkəti bərpa etməyəcəyi təqdirdə, çərşənbə axşamı iranın elektrik stansiyalarına, körpülərə zərbələr endiriləcək:

"İranda eyni vaxtda "elektrik stansiyaları günü" və "körpülər günü" olacaq... Boğazı açmasalar cəhənnəmdə yaşayacaqlar".

İranın enerji infrastrukturuna mümkün zərbələr baş verərsə, hadisələr necə inkişaf edə, fəsadları nə ola bilər?

Məsələ ilə Gundem.today-a danışan siyasi şərhçi Şəbnəm Həsənova qeyd edib ki, İslam Respublikasının enerji sektoruna zərbə endirilsə, neft qiymətlərində böyük artımlar olacaq.

O deyib ki, buna səbəb İranın dünyada mühüm neft istehsalçılarından biri olmasıdır:

"Onun hasilatına və ixracına zərbə qlobal təklifi azaldar və bazarda qıtlıq qorxusu yaradar. Enerji bazarları yalnız real itkilərə deyil, risk gözləntilərinə də reaksiya verir. Hətta kiçik zərbə belə qiymətləri psixoloji olaraq qaldıra bilər. Daha kritik məqam odur ki, əsas risk təkcə İran deyil. İran da cavab olaraq regionda gərginliyi artıra bilər. Xüsusilə Hörmüz boğazı təhlükə altına düşərsə, bu halda qiymətlər kəskin sıçrayış, şok effekti verə bilər. Nəticə qısa müddətdə sürətli bahalaşma deməkdirsə, orta müddətdə yüksək və qeyri-sabit qiymətlər anlamına gəlir. ABŞ-nin enerji infrastrukturuna zərbə endirməsi isə sadəcə hərbi deyil, çoxölçülü böhran yaradar. Elektrik kəsilər, su sistemləri dayanar. Nəticədə içməli su qıtlığı yaranar, müxtəlif xəstəliklər üzə çıxar, ərzaq təminatı pozular. Bu, tarixdə Körfəz müharibəsi zamanı da müşahidə olunub. Regional su və enerji sistemlərində "domino effekti" yaranar".

Politoloq vurğulayıb ki, Körfəz ölkələri suyu əsasən desalinasiya yolu ilə əldə edir:

"Bu sistemin özü də elektrik və neft-qazdan asılıdır. Əgər İran cavab zərbələri endirərsə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrdə 48-72 saat ərzində su böhranı yaranar, milyonlarla insan risk altına düşər. Hərbi baxımdan isə məhdud effekt olacaq. Çünki İran ordusu elektrikdən çox yanacaq ehtiyatlarına güvənir. Yəni mülki əhali ciddi zərər görər, amma hərbi əməliyyatlar tam dayanmaz.

Siyasi və geosiyasi əks-təsiri də nəzərə almaq lazımdır. İran cəmiyyətində ABŞ-yə qarşı qəzəb və birləşmə effekti yaranar. Habelə, ABŞ regiondakı müttəfiqlərin dəstəyini qismən itirə bilər. Qlobal enerji böhranı o deməkdir ki, neft və qaz axınları pozulur, bu isə qiymətlərin yüksəlməsinə, inflyasiyanın artmasına və dünya iqtisadiyyatının zərbə almasına səbəb olur. Əsas hədəf hərbi sektoru zəiflətmədir. Amma real nəticə odur ki, mülki infrastruktur dağıdılır, regional və qlobal böhran yaranır. Yəni hərbi baxımdan məhdud effekt yaranır, humanitar və iqtisadi baxımdan isə çox böyük və uzunmüddətli nəticələr dərin iz qoyur".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Donald_Tramp#İran#Hörmüz_boğazı#ABŞ_ordusu#enerji_böhranı#neft_qiymətləri#Şəbnəm_Həsənova#Yaxın_Şərq_mozaikası#hərbi_zərbə#qlobal_iqtisadiyyat#Körfəz_müharibəsi#su_qıtlığı#desalinasiya#Truth_Social.

Oxşar Xəbərlər

Azərbaycan XİN: "Dəməşqdə BƏƏ səfirliyinə hücum Vyana Konvensiyasının pozulmasıdır"Siyasət

Azərbaycan XİN: "Dəməşqdə BƏƏ səfirliyinə hücum Vyana Konvensiyasının pozulmasıdır"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) bir qrup nümayişçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dəməşq şəhərində yerləşən səfirliyinə etdiyi hücumu kəskin şəkildə qınayıb.

Bu gün
18:020
İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTOSiyasət

İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTO

Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

Bu gün
17:251
Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulubSiyasət

Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub

Prezident İlham Əliyev "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"u təsdiq edib.

Bu gün
16:410
Yaxın Şərqdə artan GƏRGİNLİK: İran atəşkəsdən imtina, ABŞ xəbərdarlıq edir - VİDEOSiyasət

Yaxın Şərqdə artan GƏRGİNLİK: İran atəşkəsdən imtina, ABŞ xəbərdarlıq edir - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibə barədə müzakirə aparılıb.

Bu gün
16:440