
İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTO
Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda Şuranın və Holdinqin Müşahidə Şurasının üzvləri və dəvət olunanlar - Holdinqin İdarə Heyətinin (İH) sədri və Baş icraçı direktoru iştirak ediblər.
İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq İH-nə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub
Prezident İlham Əliyev "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"u təsdiq edib.
SiyasətYaxın Şərqdə artan GƏRGİNLİK: İran atəşkəsdən imtina, ABŞ xəbərdarlıq edir - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibə barədə müzakirə aparılıb.
Siyasət"Yerin təki haqqında" qanunda dəyişikliklər edildi
"Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
SiyasətPrezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.