
İranın İsrailə hücumları nəticəsində 42 nəfər həlak olub
40-cı gününə qədəm qoyan "Aslanın nəriltisi" əməliyyatı zamanı ən azı 42 İsrail əsgəri və mülki şəxs həlak olub.
40-cı gününə qədəm qoyan "Aslanın nəriltisi" əməliyyatı zamanı ən azı 42 İsrail əsgəri və mülki şəxs həlak olub.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Ynet" xəbər portalı məlumat yayıb.
Bildirilib ki, İran və Livandan atılan minlərlə raket və dron İsrailə ciddi ziyan vurub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə məşhurlara qarşı əməliyyat: Mert Demir də daxil olmaqla 14 nəfər barəsində qərar verildi
Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun rəhbərliyi altında məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib.
DünyaABŞ rəsmiləri Trampın İranla bağlı atəşkəs bəyanatından niyə narahatdırlar?
ABŞ Prezidenti Donald Trampın yüksəkvəzifəli köməkçiləri və ona yaxın olan müttəfiqləri hesab edirlər ki, Ağ Ev İranla əldə edilən kövrək atəşkəsin əhəmiyyətini şişirdib və hərbi əməliyyatlarda qələbəsini vaxtından əvvəl elan edib.
Dünyaİran Hörmüz boğazından keçən gəmilər üçün alternativ marşrutlar müəyyənləşdirdi
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyi planlaşdıran gəmilərin minalarla toqquşma ehtimalını aradan qaldırmaq məqsədilə rəsmi Tehranın təklif etdiyi iki alternativ marşrutdan istifadə olunacağını açıqlayıb.
DünyaNeft qiymətlərində dalğalanma - Kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI
ABŞ Prezidenti Donald Trampın İranla bağlı bəyanatları fonunda kəskin ucuzlaşan neftin qiymətləri dünya bazarında yenidən bahalaşıb.