
İraq Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığında böyük neft yatağı tapdı
İraq dövləti ölkənin cənub-qərb hissəsində, Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığındakı Nəcəf əyalətində yerləşən Əl-Qərneyn blokunda yeni neft yatağının tapıldığını bəyan edib.
İraq dövləti ölkənin cənub-qərb hissəsində, Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığındakı Nəcəf əyalətində yerləşən Əl-Qərneyn blokunda yeni neft yatağının tapıldığını bəyan edib.
Gundem.today xəbər verir ki, bu məlumatı İraqın Neft Nazirliyi açıqlayıb.
Bildirilir ki, yeni kəşflə əlaqədar detallar İraqın neft naziri Hayan Əbdül-Qani və Çinin "Zhenhua Oil" ("Norinco" şirkətinin tərkibinə daxildir) müəssisəsinin nümayəndələri arasında baş tutan görüşdə təqdim olunub. Sözügedən nümayəndə heyəti beşinci əlavə və altıncı lisenziyalaşdırma mərhələlərinin yekunlarına əsasən Əl-Qərneyn, eləcə də Əbu Xema bloklarında fəaliyyət göstərmək hüququ qazanıb.
Nazirliyin açıqlamasına əsasən, aşkarlanan yeni yatağın ümumi ehtiyatı 8.83 milyard barel həcmində dəyərləndirilir, gündəlik hasilatın isə 3.248 min barel olacağı proqnozlaşdırılır.
Məlumat üçün qeyd edək ki, Əl-Qərneyn bloku İraqın cənub-qərb zonasında, İraq və Səudiyyə Ərəbistanı sərhədi boyunca yerləşməklə ümumilikdə 8 773 kvadratkilometr sahəni əhatə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKruiz gəmisində hantavirus dəhşəti: Ölənlər var, yoluxma sayı artır
Niderlandın İctimai Səhiyyə və Ətraf Mühit üzrə Kral İnstitutu (RIVM) "MV Hondius" kruiz gəmisindən təxliyə olunmuş pasiyentlərdən birində hantavirus infeksiyasının olduğunu təsdiqləyib.
DünyaABŞ-də neft bazarındakı şübhəli əməliyyatlarla bağlı istintaq başlayıb
ABŞ-nin Ədliyyə Nazirliyi Prezident Donald Tramp, eləcə də İranın xarici işlər naziri Abbas Əraqçının Yaxın Şərqdəki münaqişə ilə bağlı mühüm açıqlamalarından əvvəl neft birjasında həyata keçirilən şübhəli ticarət əməliyyatlarını araşdırır.
DünyaNiderlandda stüardessa hantavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Hantavirus əlamətləri müşahidə olunan bir qadın cinsli xəstə Amsterdam Universitetinin Tibb Mərkəzinə qəbul edilib.
DünyaAzərbaycan-Ermənistan sülh prosesinə Avropadan dəstək
"Latviya Azərbaycan ilə Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirir".