
İraqda qaz böhranı: Bağdadda restoran və kafelər fəaliyyətini dayandırır
Yaxın Şərq regionunda yaranmış gərgin vəziyyətlə əlaqədar qaz balonlarının qiymətinin kəskin artması və mavi yanacaq qıtlığı Bağdadda fəaliyyət göstərən bir çox kafe və restoranları işini müvəqqəti dayandırmağa məcbur edib.
Yaxın Şərq regionunda yaranmış gərgin vəziyyətlə əlaqədar qaz balonlarının qiymətinin kəskin artması və mavi yanacaq qıtlığı Bağdadda fəaliyyət göstərən bir çox kafe və restoranları işini müvəqqəti dayandırmağa məcbur edib.
Gundem.today xəbər verir ki, bu barədə "Shafaq News" xəbər portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, kiçik kafelərin sahibləri qaza ucuz alternativ olaraq kömürdən istifadəyə keçə bilsələr də, daha iri ictimai iaşə müəssisələri qeyri-müəyyən müddətə bağlanmalı olublar.
Portal bildirir ki, İraqın bir neçə ərazisində məişət qazı çatışmazlığı qeydə alınır. Bununla əlaqədar olaraq ölkənin Neft Nazirliyi idxal hesabına yerli bazara bu yanacaq növünün tədarükünü artırmaq üçün müvafiq addımlar atıb. Dövlət rəsmiləri tədarük həcminin azalmasını regiondakı gərginlikdən qaynaqlanan logistika problemləri və daxili hasilatın aşağı düşməsi ilə əlaqələndirirlər.
Qeyd edək ki, aprelin 7-də "Al Araby" telekanalı İraqın Elektrik Energetikası Nazirliyinə istinadən ölkədə qaz istehsalının 50% azalaraq sutkada 400 min kub fut (təxminən 11.3 min kubmetr) səviyyəsinə düşdüyünü xəbər verib. Dövlətin əsas qaz yataqları cənubda, Bəsrə əyalətində və qismən şimalda - İraq Kürdüstanı ərazisində yerləşir. Bundan əvvəl İraq rəhbərliyi bölgədəki vəziyyət səbəbindən Bəsrədəki neft-qaz infrastrukturunun fəaliyyətində yaranan fasilələr barədə açıqlama verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Konqresi nazirliyi pulsuz qoyub - May ayından maaşların verilməsi dayandırıla bilər
"Daxili Təhlükəsizlik Nazirliyi artıq may ayının əvvəllərində öz işçilərinin əməkhaqqılarını ödəməyi dayandıra bilər".
DünyaAvropa İttifaqında miqrantların sayında tarixi REKORD
2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində məskunlaşan miqrantların sayı 64 milyon nəfər olmaqla tarixi maksimuma çatıb. Bu göstərici ümumi Avropa əhalisinin təqribən 14 faizini təşkil edir.
DünyaNikol Paşinyan məhkəmə qərarından şikayət edib: Xəyanət iddiaları yenidən gündəmdə
Ermənistanın baş naziri Nikol Paşinyan onun həyat yoldaşı Anna Akopyana xəyanət etməsi ehtimalı barədə məqalə dərc etmiş "Hraparak" qəzetinə qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından şikayət verib.
DünyaAvropa Komissiyası enerji böhranı ilə mübarizə üçün planını açıqladı
Avropa Komissiyası (AK) Hörmüz boğazının blokadası səbəbindən yaranan enerji böhranı ilə mübarizə aparmaq üçün "AccelerateEU" adlı planını açıqlayıb.