
"İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində çap olunmuş "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib.
Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində çap olunmuş "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın anım günü ilə əlaqədar xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova çıxış edərək, təqdim olunan kitabın maraqlı və əhəmiyyətli olduğunu vurğulayıb, onun məhz bu məkanda təqdim olunmasından məmnunluğunu ifadə edib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin yalnız turizm deyil, eyni zamanda, incəsənət, yaradıcılıq və intellektual mərkəz kimi mühüm əhəmiyyətə malik olduğunu deyib, bu cür tədbirlərin keçirilməsinin həmin funksiyanın təzahürü olduğunu bildirib.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, kitabın redaktoru Cəbi Bəhramov layihənin həm tarixi, həm də hüquqi baxımdan mühüm əhəmiyyət daşıdığını xatırladıb, İrəvanın qədim tarixə malik olduğunu və bölgədəki toponimlərin mənşəyinin çox qədim dövrlərə təsadüf etdiyini vurğulayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə çıxışında belə kitabların hazırlanmasının və ictimaiyyətə təqdim olunmasının vacibliyini xüsusi qeyd edib.
Kitabın müəllifi Fəridə Səfiyeva irəvanlı olduğunu xüsusi vurğulayaraq, bu əsəri yazmağın onun üçün, sadəcə, elmi fəaliyyət deyil, həm də mənəvi məsuliyyət və borc olduğunu deyib. O qeyd edib ki, doğma yurdunun tarixi, mədəni irsi və yaddaşı ilə bağlı həqiqətlərin qorunub gələcək nəsillərə çatdırılması hər bir irəvanlının üzərinə düşən mühüm vəzifədir.
Tədbir bədii hissə ilə davam edib, iştirakçılara maraqlı və zəngin mədəni proqram təqdim olunub.
Qeyd edək ki, kitab İrəvan şəhərinin Azərbaycan xalqına məxsus qədim sivilizasiya və mədəniyyət mərkəzi olduğunu elmi əsaslarla sübut etməyə yönəlib. Əsərdə şəhərin çoxəsrlik tarixi, zəngin mədəni irsi və onun formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərin həyat və yaradıcılığı geniş şəkildə tədqiq olunur. XIX-XX əsrlərdə baş vermiş faciəvi hadisələr nəticəsində İrəvanın azərbaycanlı kimliyinin məqsədyönlü şəkildə silinməsinə cəhd göstərilməsinə baxmayaraq, onun həqiqi siması arxiv sənədlərində, fotoşəkillərdə və elmi mənbələrdə öz əksini tapıb. Bu tədqiqat əsəri həmin həqiqətlərin bərpasına, İrəvanın unudulmuş Azərbaycan milli-mədəni irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm elmi mənbədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİran NATO-da parçalanma yaradır? - Avropanın Hörmüz boğazı ilə bağlı planı - VİDEO
"The Wall Street Journal" qəzetinin məlumatına görə, Avropa ölkələri NATO-nun ABŞ-nin iştirakı olmadan fəaliyyət göstərməsi üçün xüsusi planlar üzərində işləyir.
SiyasətTrampın Kuba ilə bağlı planları nələrdir? - VİDEO
Tramp Yaxın Şərqdən sonra diqqəti Karib hövzəsinə yönəldə biləcəyinə dair açıq siyasi siqnal verir. Son həftələrdə Kubaya münasibətdə ritorikanı sərtləşdirib.
Siyasətİsrail-Livan danışıqları: Sülhə doğru addım, yoxsa... - VİDEO
İsrail və Livan arasında Vaşinqtonda baş tutan birbaşa danışıqlar 1993-cü ildən bəri ilk belə təmas kimi tarixə düşdü. ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlər rəsmi olaraq atəşkəsə nail olmaq və regionda sabitliyi bərpa etmək məqsədi daşıyır.
Siyasət"Mən, Lalə, bir də Şerlok Holms 2" filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub
Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan "Mən, Lalə, bir də Şerlok Holms 2" çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.