
İspaniyada rəssam Qoyanın əsərləri dövlət mülkiyyəti kimi tanındı
İspaniya məhkəməsi məşhur rəssam Fransisko Qoyanın çəkdiyi iki kral portretinin dövlətə məxsus olduğunu qərara alıb.
İspaniya məhkəməsi məşhur rəssam Fransisko Qoyanın çəkdiyi iki kral portretinin dövlətə məxsus olduğunu qərara alıb.
Gundem.today xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmə "Altadis" şirkətinin kassasiya şikayətini rədd edib və bununla tərəflər arasında mübahisəyə son qoyub.
Məhkəmə müəyyən edib ki, əsərlər əvvəlcə kral mülkiyyətinə aid olub, daha sonra isə dövlətin mülkiyyətinə keçib. Qeyd olunub ki, tabloların daha əvvəl müəyyən şirkətlərə verilməsi yalnız istifadə məqsədi daşıyıb və mülkiyyət hüququnun itirilməsi demək olmayıb.
Bildirilir ki, daha əvvəl aşağı instansiya məhkəmələri də "Altadis"in iddialarını rədd etmişdi.
Söhbət 1789-cu ildə çəkilmiş İspaniya kralı IV Karl və kraliça Mariya Luizanın portretlərindən gedir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətPutin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi
Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb.
MədəniyyətTanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür
Bu gün tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür.
MədəniyyətAzərbaycan mahnıları Londonda səslənir: Musiqiləri viral olan tələbə danışdı - FOTO - VİDEO
Son günlər azərbaycanlı gənc ifaçı Sonya sosial şəbəkələrdə paylaşdığı duet videoları ilə diqqət çəkir. İngiltərədə musiqi təhsili alan həmyerlimiz xarici musiqiçi ilə birlikdə Azərbaycan mahnılarını fərqli təqdimatda ifa edir və bu videolar qısa müddətdə izləyicilərin marağına səbəb olur.