
Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır - Yeni qadağa qərarı
Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir.
Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir.
Gundem.today xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.
Qeyd olunub ki, Bəhreyn və Küveyt üzərindəki hava məkanı əlavə olaraq 12 saat - bu gün yerli vaxtla saat 16:00-dək (Bakı vaxtı ilə 20:00 - red.) qapalı qalacaq.
Həmin hava məkanlarından istifadə edərək üçüncü dövlətlərə tranzit uçuşlar edən təyyarələrin də hərəkəti qadağan edilir.
Eyni zamanda, agentliyi məlumatlandıran mənbə vurğulayıb ki, Bəhreyn yalnız Manama aeroportundan qonşu Səudiyyə Ərəbistanı istiqamətində ən qısa hava dəhlizi ilə xüsusi buraxılış əsasında fərdi uçuşların icrasına şərait yaradır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGüclü yağışlar Dağıstanda həyatı iflic etdi - VİDEO
Dağıstanda leysan yağışlar ölkəni Venesiyaya çevirib.
DünyaABŞ-yə məxsus zədələnmiş "F-16" Səudiyyə Ərəbistanında təcili eniş etdi
ABŞ-ə məxsus "F-16" qırıcı təyyarəsi İran hava məkanında zədə aldıqdan sonra Səudiyyə Ərəbistanı ərazisində məcburi eniş edib.
DünyaHusilər müharibəyə qoşuldular? - Yəməndən İsrailə raket atıldı
İsrail və ABŞ koalisiyası ilə İran arasında müharibənin başlamasından bir ay sonra - martın 28-də səhər saatlarında Yəməndən olan husilər prosesə qoşulublar. Onlar İsrailin Negev bölgəsinə doğru raket atıblar.
DünyaABŞ lideri İranla hərbi qarşıdurmanın təfərrüatını açıqladı: "3 554 hədəfə zərbə endirməliyik"
"Amerika Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi hərbi kampaniya hələlik başa çatmayıb".