
Bakı və Abşerona aylıq normanın 440%-i miqdarında yağıntı düşüb - FAKTİKİ HAVA
Martın 28-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır.
Martın 28-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Xınalıqda düşən qarın miqdarı 39 mm (aylıq normanın 104%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 sm, Şahdağda 35 (aylıq normanın 93%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 sm, Qrızda 60 (aylıq normanın 146%-i), qar örtüyünün hündürlüyü 17 sm, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 sm-dir:
"Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440%-idir (təxminən 4 dəfədən çox).
Kürdəmirdə 69 (aylıq normanın 201%-i), Qusarda 68 (aylıq normanın 181%-i), Xızıda 67 (aylıq normanın 149%-i), Xaçmazda 61 (aylıq normanın 251%-i), Xaltanda 60 (aylıq normanın 160%-i), Qobustanda 56 (aylıq normanın 77%-i), Şamaxıda 52 (aylıq normanın 71%-i), Qubada 52 (aylıq normanın 138%-i), Şəkidə 47 (aylıq normanın 74%-i), Şabranda 44 (aylıq normanın 190%-i), Oğuzda 39 (aylıq normanın 47%-i), Qəbələdə 38 (aylıq normanın 42%-i), Bərdədə 29 (aylıq normanın 109%-i), Tərtərdə 29 (aylıq normanın 109%-i), İsmayıllıda 26, Göyçayda 25 (aylıq normanın 56%-i), Ağsuda 23, Yevlaxda 22 (aylıq normanın 91%-i), Naftalanda 22 (aylıq normanın 115%-i), Qaxda (Sarıbaş) 22, Mingəçevirdə 21 (aylıq normanın 72%-i), Daşkəsəndə 20, Ağdamda 19 (aylıq normanın 54%-i), Zərdabda 19 (aylıq normanın 66%-i), Gədəbəydə 18, Sabirabadda 17 (aylıq normanın 56%-i), Goranboyda 16 (aylıq normanın 83%-i), Şəmkirdə 15 (aylıq normanın 54%-i), Neftçalada 14 (aylıq normanın 48%-i), Zaqatalada 13, İmişlidə 12 (aylıq normanın 40%-i), Balakəndə 12, Şahbuzda 11, Tovuz, Sədərək, Şərur, Biləsuvarda 9, Astarada 8, Gəncə, Beyləqanda 7, Ordubad, Naxçıvanda 6, Göygöldə 5, Ağstafa, Culfa, Lerikdə 3, Yardımlıda 2, Lənkəran, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsən, Şahdağ, Qubada (Qrız) 20, Şabran, Bakıda və Abşeron yarımadasında 18 m/s-yə çatıb".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabunçudan ŞİKAYƏT: "Üç ay əvvəl təzə kanalizasiya xətti çəkirdilər, işi yarımçıq qoydular" - VİDEO
Martın 27-si səhər saatlarından yağan intensiv yağışlar səbəbi ilə paytaxtın bir sıra küçə və prospektlərində yollar keçilməz vəziyyətə düşüb.
CəmiyyətYağışlı hava ilə əlaqədar polislər küçə və prospektlərdə xidmətə cəlb olunublar - FOTO - VİDEO
Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
CəmiyyətGüclü yağışlarla əlaqədar ADSEA hansı işlər görür? - FOTO - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
CəmiyyətAzərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA
Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar fonunda sürüşmə riski ilə bağlı vəziyyət açıqlanıb.