Son dəqiqə
Ürəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılarAğcabədidə ağır qəza: Hadisə yerindən GÖRÜNTÜLƏRDövlət büdcəsində ARTIM: Gəlirlər 9.6 milyardı keçdiPentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıbNazirdən tapşırıq: Nəzarət daha da sərtləşdiriləcəkƏhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İsrail SAXAL hərbçisinin hərəkətinə görə xristianlardan üzr istədi
İsrail SAXAL hərbçisinin hərəkətinə görə xristianlardan üzr istədi
Dünya

İsrail SAXAL hərbçisinin hərəkətinə görə xristianlardan üzr istədi

Dünən
12:28
0 baxış
Paylaş:

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hərbçisi tərəfindən Livanın cənub bölgəsində İsa peyğəmbərin heykəlinin zədələnməsi rəsmi Təl-Əvivin sərt reaksiyasına səbəb olub.

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hərbçisi tərəfindən Livanın cənub bölgəsində İsa peyğəmbərin heykəlinin zədələnməsi rəsmi Təl-Əvivin sərt reaksiyasına səbəb olub.

Gundem.today xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar "X" hesabında paylaşım edib.

Nazir bu hərəkəti biabırçılıq kimi qiymətləndirərək, yəhudi dövləti adından bütün xristian dünyasına üzrxahlıq edib:

"Cənubi Livanda İsrail əsgəri tərəfindən xristian dini rəmzinə ziyan vurulması son dərəcə ağır və utancverici haldır. Bu qəbuledilməz davranış bizim mənəvi dəyərlərimizlə qətiyyən üst-üstə düşmür. İsrail dövləti bütün dinlərə, onların müqəddəs simvollarına ehtiramla yanaşır, inanclar arası tolerantlığı və qarşılıqlı hörməti dəstəkləyir. Bu xoşagəlməz hadisəyə görə qəlbi qırılan hər bir xristiandan üzr istəyirik".

Xatırladaq ki, bir müddət əvvəl Livan mediasında ölkənin cənubunda yerləşən Dibel yaşayış məntəqəsində İsrail ordusuna məxsus hərbçinin İsa Məsihin heykəlini sındırmasını əks etdirən kadrlar yayılıb. İsrail ordusunun komandanlığı yaydığı rəsmi açıqlamada həmin şəkildəki şəxsin həqiqətən də onların hərbi qulluqçusu olduğunu təsdiqləyib. Hadisə ilə əlaqədar SAXAL daxili təhqiqat başladıb və təqsirkarların mütləq şəkildə məsuliyyətə cəlb olunacağını bəyan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İsrail#Livan#Gideon_Saar#İsa_peyğəmbərin_heykəli#xristianlar#üzrxahlıq#ÇAXAL#İsrail_ordusu#dini_tolerantlıq#Dibel

Oxşar Xəbərlər

Pentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıbDünya

Pentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb

ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib.

Bu gün
00:040
Türkiyədə məktəbdə qətliam törədən şagirdin anası həbs edildiDünya

Türkiyədə məktəbdə qətliam törədən şagirdin anası həbs edildi

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən İsa Aras Mersinlinin anası Peyman Pınar Mersinli həbs edilib.

Bu gün
23:320
Kallas: "Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir"Dünya

Kallas: "Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir"

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Tehranın Hörmüz boğazında gəmiçiliyə qoyduğu məhdudiyyətlərə cavab olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.

Bu gün
23:300
İran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdiDünya

İran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi

İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.

Bu gün
23:180