
İsrail Tehrana kütləvi zərbələrə başladı - VİDEO
İsrail ordusu İranın paytaxtı istiqamətində kütləvi hava zərbələrinə başladığını elan edib.
İsrail ordusu İranın paytaxtı istiqamətində kütləvi hava zərbələrinə başladığını elan edib.
Gundem.today xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.
"İsrail ordusu Tehran ərazisindəki hərbi infrastruktur obyektlərini hədəfə alır", - deyə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda qeyd olunur.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
"ABŞ və İsrail tərəfindən İrana qarşı aparılan hərbi əməliyyatlar idarəolunmaz hala gəlməkdədir. Gərginliyin daha da artması dünya miqyasında iqtisadi tənəzzül təhlükəsini gücləndirir".
DünyaErmənistanın hakim partiyası Paşinyanın baş nazirliyə namizədliyini verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş sazişi" partiyasının onu qarşıdan gələn parlament seçkisində hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
DünyaABŞ-nin növbəti hədəfi hansı ölkədir? - Tramp AÇIQLADI - VİDEO
ABŞ Prezidenti Donald Tramp Kubanın qısa müddətdən sonra ölkəsinin növbəti hədəfi olacağını bəyan edib.
DünyaYaxın Şərqdə universitetlər təhlükə fonunda onlayn təhsilə keçir
Yaxın Şərqdə bir sıra universitetlər İran tərəfindən səsləndirilən təhdidlər fonunda onlayn təhsilə keçiblər.