Sürücüləri ziyana salan yoldan ŞİKAYƏT: 15-dən çox avtomobilin təkəri cırıldı - VİDEO
Cəmiyyət

Sürücüləri ziyana salan yoldan ŞİKAYƏT: 15-dən çox avtomobilin təkəri cırıldı - VİDEO

İndi
10:28
0 baxış
Paylaş:

Bakı-Ələt-Astara magistral yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyünün yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub.

Bakı-Ələt-Astara magistral yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyünün yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub.

Gundem.today-a daxil olan görüntülərdən də aydın olur ki, Bakı istiqamətində hərəkət edən 15-dən çox nəqliyyat vasitəsi yolda yaranmış dərin çuxurlar səbəbindən zədələnir.

Sürücülərin sözlərinə görə, həmin hissədə müxtəlif avtomobillərin təkərləri və diskləri sıradan çıxır. Onlar qeyd edirlər ki, problem xüsusilə gecə saatlarında daha təhlükəli hal alır. Belə ki, zəif görünmə şəraiti səbəbindən çuxurları vaxtında seçmək mümkün olmur.

Sürücülər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və dəymiş ziyanın qarşılanmasını tələb edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Bakı#Sürücülərin_nəzərinə#Avtomobil_təkəri

Oxşar Xəbərlər