
İsraildən Beyruta PUA zərbəsi: "Hizbullah"ın rəhbərlərindən biri öldürüldü
İsrail Hərbi Hava Qüvvələrinin Beyruta PUA ilə hücumu zamanı "Hizbullah" təşkilatının rəhbərlərindən biri öldürülüb.
İsrail Hərbi Hava Qüvvələrinin Beyruta PUA ilə hücumu zamanı "Hizbullah" təşkilatının rəhbərlərindən biri öldürülüb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Əl-Hadath" telekanalı məlumat verib.
Məlumata görə, zərbə "Hizbullah"ın Dahiyanın cənub hissəsindəki qərargah ofisinə endirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbəyə məruz qalıb. Əməliyyat "Aslanın nəriltisi" adlandırılıb. Hər iki ölkə hava məkanını bağlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqonun bildirdiyi kimi, ABŞ-ın İrana qarşı əməliyyatı "Epik qəzəb" adlandırılıb. İran da öz növbəsində İsrailə onlarla ballistik raket atıb.
İran həmçinin bütün Yaxın Şərqdəki - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirib. Bütün bu ölkələrin hava məkanı bağlı olaraq qalır. İran öz əməliyyatını "Həqiqi vəd 4" adlandırıb.
İran dövlət televiziyasının ölkənin ali lideri Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. Həmçinin ayətullah Əli Şamxaninin müşaviri, SEPAH komandanı Məhəmməd Pakpur və müdafiə naziri Əziz Nəsirzadə də daxil olmaqla, bir neçə yüksək vəzifəli İran hərbi rəsmisinin ölümü də təsdiqlənib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiya Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Ukraynada Zaporojye şəhərində Luqovskoye və Xarkovda Novoosinovo yaşayış məntəqələrini nəzarətə götürüblər.
DünyaABŞ bazasına sirli raket zərbəsi: "Şahab-12" döyüşdə sınaqdan keçirilib? - VİDEO
İraqın paytaxtında - Bağdad beynəlxalq hava limanının yaxınlığında qərarlaşan ABŞ-nin "Viktoriya" hərbi bazasına edilən hücumda ilk dəfə olaraq "Şahab-12" raketinin tətbiq olunduğu bildirilib.
Dünyaİslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər
Vaxtilə Avropa İttifaqına (Aİ) üzv olmaqdan imtina edən Norveç və İslandiya hazırda təhlükəsizlik qayğıları ilə əlaqədar təşkilata daxil olmağa can atırlar. Bunun başlıca səbəbi kimi Donald Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsi göstərilir.
Dünyaİranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub.