Son dəqiqə
Bakıda üç sərgi və forum keçirilirBakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDIGoranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: Yaralılar varAzərbaycanda futbol oyununda ölən 20 yaşlı tələbənin fotosuKolumbiyada kömür mədənində PARTLAYIŞ: 12 nəfər dağıntılar altında qaldıXalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. İstiqlal şairi Əhməd Cavadın doğum günüdür
İstiqlal şairi Əhməd Cavadın doğum günüdür
Mədəniyyət

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

Bu gün
09:24
0 baxış
Paylaş:

Mayın 5-i şair, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş professor Əhməd Cavadın doğum günüdür.

Mayın 5-i şair, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş professor Əhməd Cavadın doğum günüdür.

Gundem.today xatırladır ki, Cavad Məhəmmədəli oğlu Axundzadə (Əhməd Cavad) 1892-ci ildə Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub.

Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.

O, Quba Xalq Maarif Şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-33), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-36) işləyib.

Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı, 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Əhməd_Cavad

Oxşar Xəbərlər

Xalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEOMədəniyyət

Xalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEO

Mayın 5-də Xalq artisti Adil İsgəndərovun doğum günü qeyd olunur.

Bu gün
09:560
Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞAMədəniyyət

Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞA

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

Bu gün
09:240
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTOMədəniyyət

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTO

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.

2 may 2026
13:360
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTO - VİDEOMədəniyyət

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTO - VİDEO

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.

2 may 2026
13:360