
Bakıda üç sərgi və forum keçirilir
Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.
Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.
Gundem.today xəbər verir ki, regionun kənd təsərrüfatı və qida sənayesi üzrə sərgiləri olan "Caspian Agro Week" və "InterFood Azerbaijan" müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir.
"Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgiləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.
İndiyədək sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət təsdiq edib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Kot-d'İvuar, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxıstan, Rusiya, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tailand, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətMeloni: "İtaliya Azərbaycanla strateji tərəfdaşlığı konkret imkanlara çevirmək istəyir" - VİDEO
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
Siyasətİlham Əliyevin sosial şəbəkə hesabında Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib - VİDEO
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib.
Siyasətİlham Əliyevin sosial şəbəkə hesablarında Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib - VİDEO
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib.
SiyasətAlyona Əliyeva Ukraynadan gələn tələbələr və incəsənət xadimləri ilə görüşdən paylaşım edib - FOTO
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında İ.K.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbələri və Kiyev Milli Akademik Operetta Teatrının rəhbərliyi ilə səmimi görüşdən paylaşım edib.