
İsveç yeni xarici kəşfiyyat xidməti yaradır
İsveç birbaşa hökumətə tabe olacaq yeni xarici kəşfiyyat xidməti yaradacaq.
İsveç birbaşa hökumətə tabe olacaq yeni xarici kəşfiyyat xidməti yaradacaq.
Gundem.today xəbər verir ki, "Reuters" agentliyinə bu məlumatı İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard açıqlayıb.
"Məlum olduğu kimi, təhlükəsizlik sahəsində ciddi vəziyyətlə üz-üzəyik. Hər gün rastlaşdığımız geniş və mürəkkəb təhdidlər imkanlarımıza qarşı yeni və daha yüksək tələblər irəli sürür", - deyə nazir qeyd edib.
Plana əsasən, UND (Utrikesunderrättelsetjänsten) adlandırılan bu qurumun 2027-ci ilin əvvəlində fəaliyyətə başlaması nəzərdə tutulur. Xidmətin yaradılması üçün təxminən 302 milyon dollar vəsait ayrılıb.
UND mövcud kəşfiyyat orqanları ilə birgə fəaliyyət göstərəcək. Buraya, xüsusilə, ölkənin Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MUST - Militära underrättelse- och säkerhetstjänsten), polisin tərkibində fəaliyyət göstərən İsveç Təhlükəsizlik Xidməti (SAPO - Säkerhetspolisen) və radiokəşfiyyata cavabdeh olan Müdafiə Nazirliyinin Milli Radiostansiya İdarəsi (FRA - Försvarets radioanstalt) daxildir.
Mariya Malmer Stenerqard vurğulayıb ki, yeni kəşfiyyat xidmətinin yaradılması NATO-nun və Stokholmun digər müttəfiqlərinin kəşfiyyat strukturları ilə qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə töhfə verəcək.
Qeyd edək ki, İsveç Finlandiya ilə birlikdə 2024-cü ilin may ayında rəsmi olaraq NATO-ya daxil olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRumıniyada siyasi gərginlik: Müxalifət alyansı hökuməti istefaya göndərdi
Rumıniya parlamenti İlie Boloyanın rəhbərlik etdiyi hökumətə etimadsızlıq votumu verib. Mayın 5-də keçirilən plenar iclasda kabinetin istefası lehinə 281 deputat və senator səs verib.
DünyaGürcüstanda casusluqda ittiham olunan dövlət qulluqçusu saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) casusluqda ittiham olunan dövlət qulluqçusunun saxlanıldığını açıqlayıb.
DünyaÇinin məxfi silahının sınağı keçirildi - VİDEO
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) adı və təyinatı açıqlanmayan yeni silah növünü test etməsinə dair kadrlar yayılıb.
DünyaÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA
"MV Hondius" kruiz gəmisində hantavirus əlamətləri müşahidə edilən ilk sərnişinlərin infeksiyaya gəmiyə daxil olmazdan öncə yoluxduğu məlum olub.