
Kadi "Qarabağ"dan gedir?
"Qarabağ"ın yarımmüdafiəçisi Kadinin növbəti mövsümə harada başlayacağı bəlli olub.
"Qarabağ"ın yarımmüdafiəçisi Kadinin növbəti mövsümə harada başlayacağı bəlli olub.
Gundem.today Fanat.az-a istinadən xəbər verir ki, Polşa, Kipr və Portuqaliya klublarının transfer siyahısında olan 29 yaşlı braziliyalı iş yerini dəyişməkdə maraqlı deyil.
Ağır zədə səbəbindən cari "futbol ili"ndə müəyyən müddət komandasına kömək edə bilməyən orta xətt oyunçusu məhz Qurban Qurbanovun rəhbərliyi altında oynamaq, yenidən əvvəlki səviyyəsinə qayıtmaq istəyir.
Kadinin "Qarabağ"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Bu mövsüm "köhlənlər"in forması ilə bütün turnirlərdə 28 matça çıxan cənubi amerikalı üç qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qarabağ"dan xanım azarkeşlərinə jest
"Qarabağ" futbol klubu xanım azarkeşlərinə növbəti dəfə jest edib. Aprelin 3-də "Sabah"la keçiriləcək qarşılaşmada tribunadan komandaya dəstək olmaq istəyən qadınlar stadiona heç bir ödəniş etmədən daxil ola biləcəklər.
İdmanAyxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"
"Futbol üzrə Azərbaycan millisi azarkeşlərin dəstəyi ilə Syerra-Leone yığmasına qalib gəlmək istəyir".
İdmanQismət Alıyev: "Syerra-Leone ilə oyun bizim üçün önəmlidir"
"Sabahkı matç futbol üzrə Azərbaycan millisi üçün önəmli olacaq".
İdmanMeksikada azarkeş futbol matçından əvvəl stadionda ölüb
Futbol üzrə Meksika və Portuqaliya milli komandaları arasında Mexikoda keçirilən yoldaşlıq oyunundan əvvəl bir azarkeş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.