
Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub.
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, idmançı finala gedən yolda yerli idmançı Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub.
Bununla belə, təmsilçimiz bürünc medal qazanıb. İdmançı üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gələrək, bununla da fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.
Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq) 1/8 finalda Szofi Ozbasa (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiçə (Serbiya) və Murad Fətiyev (90 kq) 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanGözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku - FOTO
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.
İdman"Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq?
Cari mövsümün nəticələrinə əsasən, Madridin "Real" klubunun rəhbərliyi hücumçular Kilian Mbappe və Vinisius Junioru transferə çıxarmamaq qərarına gəlib.
İdmanMübahisəli oyundan sonra nazirdən maraqlı paylaşım: "Neftçi"yə dəstək, yoxsa eyham? - VİDEO
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
İdmanQadınlardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.