
Keçmiş reper Nepalın baş naziri oldu
Keçmiş reper və Katmandu şəhərinin sabiq meri, 35 yaşlı Balendra Şah Nepalın yeni baş naziri olub.
Keçmiş reper və Katmandu şəhərinin sabiq meri, 35 yaşlı Balendra Şah Nepalın yeni baş naziri olub.
Gundem.today "Reuters"ə istinadən xəbər verir ki, onilliklər ərzində ilk dəfə Madhesi etnik qrupundan olan ən gənc məmur hökumət başçısı olub.
Yeni baş nazirin andiçmə mərasimi Prezident Sarayında diplomatların və yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Tədbiri 200-dən çox hindu keşişi və Buddist lama müşayiət edib.
Şah 14 üzvdən ibarət yeni Nazirlər Kabineti yaradıb. Harvard təhsilli iqtisadçı Svarnim Vaql isə maliyyə naziri təyin edilib.
Şahın partiyası ötən ilin sentyabr ayında ölkədə baş verən və 76 nəfərin həyatına son qoyan kütləvi korrupsiya əleyhinə etirazlardan sonra ilk dəfə seçkilərdə qalib olub. Siyasi analitik Puranjan Açarya qeyd edib ki, yeni hökumət üçün ilk sınaqlardan biri həmin hadisələr zamanı zorakılığı araşdıran komissiyanın hesabatının (qurbanların ailələrinin əsas tələbinin) tətbiqi olacaq.
Yeni baş nazir davam edən siyasi qeyri-sabitlik fonunda vəzifəsinin icrasına başlayıb: 1990-cı ildən bəri Nepalda ardıcıl olaraq 32 hökumət olub və onlardan heç biri tam beş illik müddətə xidmət etməyib.
Ölkə həmçinin ciddi sosial-iqtisadi çətinliklərlə üzləşib: əhalinin təxminən 20%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və hər gün təxminən 1500 nepallı xaricdə iş tapmaq üçün vətənini tərk edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail ordusu Livanın cənubunda kilsə yaxınlığında "Hizbullah"a məxsus tunel aşkar etdi
İsrail ordusu Livanın cənubunda keçirilən əməliyyatlar zamanı yerli kilsələrdən birinin yaxınlığında hərbi obyektlər aşkar etdiyini bildirib.
DünyaHikmət Hacıyev Budapeştdə türk dövlətlərindən olan həmkarları ilə görüşüb - FOTO
"Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib".
Dünyaİran Dəməşqdəki hotelləri və prezident sarayını vurmaqla hədələdi
İran silahlı qüvvələri Suriyanın paytaxtı Dəməşqdə yerləşən prezident sarayını hədəfə ala bilər.
DünyaMəhkəmə rusiyalı nazirin barəsində həbs qərarı verdi
Rusiyanın Stavropol diyarının məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan bölgənin energetika, sənaye və rabitə naziri olmuş İvan Kovalyovun barəsində həbs qətimkan tədbiri seçib.