
Keniyalı atlet marafonda dünya rekordu müəyyənləşdirdi
Keniyalı atlet Sebastyan Save London marafonunda qalib gələrək bu məsafədə yeni dünya rekorduna imza atıb.
Keniyalı atlet Sebastyan Save London marafonunda qalib gələrək bu məsafədə yeni dünya rekorduna imza atıb.
Gundem.today Sportbox.ru-ya istinadən xəbər verir ki, Keniya təmsilçisi 42 km 195 metr məsafəni 1 saat 59 dəqiqə 30 saniyəyə qət edib.
Əvvəlki rekord onun həmvətəni Kelvin Kiptuma məxsus olub (2:00.35). K.Kiptum həmin nəticəni 2023-cü ilin oktyabrında Çikaqo marafonunda göstərmişdi.
Maraqlıdır ki, bazar günü Londonda keçirilən marafonun digər mükafatçıları da K.Kiptumun rekordunu geridə qoyublar. Efiopiyalı idmançı Yomif Kejelça ikinci yeri tutaraq məsafəni iki saatdan tez qət edib (1:59.41). İlk üçlüyü isə uqandalı Ceykob Kiplimo (2:00.28) tamamlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAtışma zamanı Trampın yanında oturan UFC rəhbəri: "Hadisənin hər dəqiqəsindən həzz alırdım"
UFC prezidenti Dana Uayt Vaşinqtonun "Washington Hill" hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş vermiş qalmaqallı hadisəni şərh edib.
İdmanYamal Ronaldunu qabaqladı
"Barselona" futbol klubunun vingeri Lamin Yamal İspaniya La Liqasında ayın ən yaxşı oyunçusu mükafatlarının sayına görə "Real Madrid"in sabiq hücumçusu Kriştianu Ronaldunu qabaqlayıb.
İdmanXetaq Qazyumov Avropada ilin məşqçisi seçilib
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən ən yaxşı məşqçi seçilib.
İdmanUkraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını başa vurmasından danışıb
Ukraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını tezliklə başa vuracağını bəyan edib.