
Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? - FOTO
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildə qüvvəyə minib. Alman mütəxəssislər ilə birgə hazırlanmış və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış həmin Məcəllənin tətbiqi ilə ölkənin tikinti sektorunda yeni mərhələ başlayıb. Həm bu sahənin qanunvericilik əsaslarının təkmilləşdirilməsi, həm də tikinti fəaliyyətinin optimallaşdırılması baxımından əhəmiyyətli islahatların icrasına start verilib.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildə qüvvəyə minib. Alman mütəxəssislər ilə birgə hazırlanmış və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış həmin Məcəllənin tətbiqi ilə ölkənin tikinti sektorunda yeni mərhələ başlayıb. Həm bu sahənin qanunvericilik əsaslarının təkmilləşdirilməsi, həm də tikinti fəaliyyətinin optimallaşdırılması baxımından əhəmiyyətli islahatların icrasına start verilib.
Tikinti prosesində keyfiyyət və təhlükəsizliyə, yəni bina və qurğuların möhkəmlik, etibarlılıq və dayanıqlıq tələblərinə, tikinti qanunvericiliyinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihələrinə uyğun inşasına nəzarəti Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həyata keçirir.
Gundem.today xəbər verir ki, qurumun Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəis müavini Elxan Əsədov AZƏRTAC-a agentliyin nəzarət funksiyaları layihəqabağı tədqiqatlar və mühəndis-axtarış işləri də daxil olmaqla tikinti prosesinin bütün mərhələlərini əhatə etdiyini deyib.
Tikintinin layihələndirilməsi
Elxan Əsədov vurğulayıb ki, tikinti fəaliyyətinin subyekti istər fərdi sahibkar, istərsə də dövlət təşkilatı olaraq tikinti niyyətini formalaşdıraraq ona məxsus olan və ya icarə hüququ ilə tənzimlənən torpaq sahəsində bu və ya digər təyinatlı tikinti obyektinin layihələndirilməsi işlərinə başlayır:
"Layihələndirmə işlərinə hazırlıq çərçivəsində tikinti obyektinin yerləşəcəyi ərazidə, ilk növbədə, mühəndis-axtarış işləri aparılmalıdır. Bu cür işlərin məqsədi tikinti aparılacaq torpaq sahəsində təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsindən, ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri ilkin məlumatların əldə edilməsindən, eləcə də relyefin, qrunt və süxurların, yeraltı suların tədqiq edilməsindən, daha optimal tikinti materiallarının, bünövrə konstruksiyalarının, tikinti metod və texnologiyalarının seçimindən və zəruri mühəndis mühafizəsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Yəni həmin torpaq kütləsinin hansı səviyyəyə qədər yük və təsirləri qəbul edə biləcəyi, onun üzərində binanın yerləşdirilməsinin mümkünlüyü öyrənilməlidir. Mühəndis-axtarış işlərinin nəticələri texniki hesabat şəklində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Mühəndis-Axtarış Mərkəzinə təqdim olunur. Həmin mərhələdə vəzifəmiz fiziki və hüquqi şəxslər tərəfindən tikinti məqsədləri üçün yerinə yetirilmiş mühəndis-axtarış işlərinin nəticələrinə dair hesabatın şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsinə nəzarətin aparılmasından ibarətdir. Mühəndis-Axtarış Mərkəzi mühəndis-axtarış işlərinin tərkibini və nəticələrini təhlil edərək onların şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olması barədə rəy verdikdən sonra layihələndirmə işlərinə başlanıla bilər".
Layihələrin ekspertizası və icazə
Rəis müavininin sözlərinə görə, layihələndirmə başa çatdıqdan sonra tikinti layihələri agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunur. Baş İdarədə tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu yoxlanılır, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə münasibətdə isə ayrılmış vəsaitlərin səmərəli istifadəsi baxımından qiymətləndirilməsi aparılır.
"Tikinti layihələrinin ekspertizası zamanı, həmçinin inşası nəzərdə tutulan bina və qurğuların konstruksiyalarına, özül və əsaslarına yük və təsirlərin bərabər paylanması göstəriciləri təhlil edilir, onların həddi hallara görə hesabatı aparılır. Tikintiyə icazə icraatı çərçivəsində tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır, sifarişçi və tikintiyə icazə verən müvafiq orqana (quruma) göndərilir. Tikintiyə icazə yalnız ekspertiza müəssisəsinin müsbət rəyindən sonra verilə bilər", - deyə o diqqətə çatdırıb.
Tikinti ilə əlaqəli razılaşdırma
Elxan Əsədov tikinti ilə əlaqəli razılaşdırma prosedurlarının icrası zamanı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə qarşılıqlı əlaqə mexanizminin mövcud olduğunu, seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması istiqamətində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə işlərin aparıldığını vurğulayıb.
Bildirilib ki, Abşeron yarımadası və Xəzər sahili, Quba, Xaçmaz, Naxçıvan, cənub zonası 9, digər rayonlar isə 8 ballıq seysmik aktiv ərazi kimi qəbul edilir. Seysmik ərazilərdə bina və qurğuların inşası üçün şəhərsalma və tikintiyə dair zəruri normativ sənədlərin tələbləri rəhbər tutulur. Binaların seysmik təsirlərə dayanıqlıq dərəcəsinin artırılması məqsədilə müvafiq seysmik normalara dəyişiklik edilərək, beynəlxalq tələblərə uyğunlaşdırılıb.
İşə nəzarət
Tikinti işləri başladıqdan sonra bilavasitə ərazi
Oxşar Xəbərlər
CəmiyyətƏməkdar jurnalistə vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.
CəmiyyətBəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Aprelin 29-da saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
CəmiyyətMəktəblərdə uşaq zorakılığı: Səbəblər, nəticələr və ÇIXIŞ YOLLARI - ARAŞDIRMA - FOTO - VİDEO
Son vaxtlar Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə orta məktəb şagirdləri arasında aqressiv davranış, həmyaşıdlarına və müəllimlərə qarşı zorakılıq halları, hətta silahlı insidentlərin şahidi oluruq.
CəmiyyətAzərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq
"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq".