
Məktəblərdə uşaq zorakılığı: Səbəblər, nəticələr və ÇIXIŞ YOLLARI - ARAŞDIRMA - FOTO - VİDEO
Son vaxtlar Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə orta məktəb şagirdləri arasında aqressiv davranış, həmyaşıdlarına və müəllimlərə qarşı zorakılıq halları, hətta silahlı insidentlərin şahidi oluruq.
Son vaxtlar Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə orta məktəb şagirdləri arasında aqressiv davranış, həmyaşıdlarına və müəllimlərə qarşı zorakılıq halları, hətta silahlı insidentlərin şahidi oluruq.
Təkcə Azərbaycan və Türkiyədə 2026-cı il başlayandan bəri bir neçə belə hadisə qeydə alınıb.
Birinci hadisə fevral ayında Bakıda yerləşən özəl liseydə baş verib. 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngini məktəbə gətirərək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib, ona ağır xəsarət yetirib.
İkinci hadisə Bakının mərkəzi məktəblərindən birində olub. 9-cu sinif şagirdi mübahisə zamanı sinif yoldaşının üstünə spirt tökərək onu yandırıb. Nəticədə uşaq yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Digər bir məktəbdə isə 5-ci sinif şagirdinin dəftərində sinif yoldaşlarının adlarından ibarət "öldürüləcəklər siyahısı" tapılıb.
Ən dəhşətli insident isə qonşu Türkiyənin Kahramanmaraş vilayətində yaşanıb. Orta məktəbin 8-ci sinif şagirdinin silahlı hücumu nəticəsində 1 müəllim və 8 məktəbli olmaqla 9 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.
Həmçinin, Şanlıurfa vilayətində liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb. Hadisəni törədən 2007-ci il təvəllüdlü məzun sonra özünü öldürüb...
Şagirdi qələm və kitabla təsəvvür etdiyimiz halda, bu cür hadisələr, əlbəttə, tük ürpədir. Uşaqlar arasında zorakılıq hallarının artması adi cinayət statistikası deyil, həm də sosial siqnaldır.
Aqressiv davranışın motivləri müxtəlif olsa da, təhlükəli tendensiyanın səbəbləri sırasında oxşarlıqlar çoxdur: ailə və məktəb dəyərlərinin deqradasiyası, rəqəmsal mühitdə canlı ünsiyyət çatışmazlığı, sosial şəbəkələrin mənfi təsirləri və s.
Adının çəkilməsini istəməyən müəllim son illər şagirdlərin davranışında aqressiyanın nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib:
"Əvvəllər uşaqlar mübahisəni sözlə həll etməyə çalışırdısa, indi ən kiçik söhbətə belə fiziki müdaxilə, təhqir və ya hədə ilə cavab verirlər. Biz müəllimlər sinifə təkcə dərs keçmək üçün deyil, həm də uşaqlara empatiya qurmağı, hörmət və ünsiyyət mədəniyyətini yenidən formalaşdırmaq üçün giririk. Təəssüf ki, bu bəzən ailədə və sosial mühitdə verilməyən tərbiyənin boşluğundan irəli gəlir. Nəinki sinif yoldaşlarına, heç müəllimlərə də hörmət etmirlər. Bəzi valideynlər övladı barədə irad və təklif səsləndirən pedaqoqu düşmən gözündə görür, kəskin aqressiv reaksiyalar verirlər".
Məsələnin psixoloji tərəflərini klinik psixoloq Nuriyyə Quliyeva ilə aydınlaşdırmağa çalışdıq.
O, təəssüflə qeyd edib ki, uşaqlar filmlər və oyunlardakı mənfi obrazları nümunə götürürlər:
"Həmin oyunların əsas hədəfi çox vaxt öldürmək, vurmaq, yıxmaqdır. Onları oynayan və izləyən uşaq psixoloji olaraq dəyişir. Amma bu, birdən-birə baş vermir. Əksinə, qabaqcadan planlaşdırılan və icra edilən hadisələrə çevrilir. Təbii ki, oyunların, filmlərin, hətta musiqilərin də təsiri var. İndiki musiqilərdə, xüsusən də bəzi replərdə şiddət, öldürmək, bıçaqlamaq kimi aqressiv ifadələr normallaşdırılır. Bunu dinləyən gənclər həmin şəxsləri özlərinə nümunə götürürlər. Həmçinin, onlar seriallarda müsbət qəhrəman kimi təqdim olunan mafiya başçılarını, cinayətkar obrazlarını da ideal kimi görürlər. Onların geyim, danışıq tərzlərini, hərəkətlərini təqlid etməyə başlayırlar".
Psixoloq bu məsələdə təkcə oyunlar, filmlər, musiqilər və sosial şəbəkələri günahlandırmağın yetərli olmadığını vurğulayıb:
"Eyni zamanda, ailədə uşağın ehtiyacları qarşılanmırsa, sevgisiz böyüyürsə, bu da prosesə təsir göstərir. Ailənin rolu həyatımızda, xüsusən də ilk yaşlarda çox böyükdür. Sonra bu dairə genişlənir: bağça, məktəb, dostlar, müəllimlər... Hamısı uşağın formalaşmasına təsir edir. Məktəb də bu zəncirin ən vacib halqalarından biridir".
N.Quliyeva məktəblərdə psixoloqlarının sayının azlığını, onların vəzifələrinin artıq yaranmış problemləri həll etmək olmadığını deyib:
"Onlar qruplarla qiymətləndirmə aparır, müəyyən məqamları görürlər. Lakin bu məqamları vaxtında müəllimə və valideynə bildirmək onların əsas öhdəliyidir. Məktəb psixoloqunun vəzifəsi uşağın problemlərini təhlil etmək və koordinasiya etməkdir. Onun əsas rolu maarifləndirmə işləri aparmaqdır: yəni şagirdi görüb, vəziyyəti dəyərləndirib, lazım gələndə valideyni düzgün istiqamətə yönəltmək".
Məsələnin sosial miqyasını aydınlaşdırmaq üçün sosioloq Üzeyir Şəfiyevlə danışdıq.
O bildirdi ki, Azərbaycanda azyaşlılar, xüsusən də 14-18 yaşlı yeniyetmələr arasında cinayət əməllərinin dinamikasında və xarakterində baş verən dəyişikliklər cəmiyyəti ciddi düşündürməlidir:
"Təhlillər göstərir ki, bu cinayətlərin əksəriyyəti sosial şəbəkələr və internet resursları üzərindən uşaq və yeniyetmələrə təsir edir. Cinayətlərin xarakterini araşdıranda görürük ki, onlar daha çox Avropa və Qərb ölkələrində uşaq və yeniyetmələr arasında yayılmış əməllərdir. Sadəcə olaraq, bizim uşaqlar və yeniyetmələr sosial şəbəkələrdən gördüklərini təqlid edir və bunu öz sinif yoldaşlarına qarşı tətbiq edirlər. Bunu mobbinq və bullinq hallarının xarakterindən də görmək ol
Oxşar Xəbərlər
CəmiyyətKeyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? - FOTO
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildə qüvvəyə minib. Alman mütəxəssislər ilə birgə hazırlanmış və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış həmin Məcəllənin tətbiqi ilə ölkənin tikinti sektorunda yeni mərhələ başlayıb. Həm bu sahənin qanunvericilik əsaslarının təkmilləşdirilməsi, həm də tikinti fəaliyyətinin optimallaşdırılması baxımından əhəmiyyətli islahatların icrasına start verilib.
CəmiyyətƏməkdar jurnalistə vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.
CəmiyyətBəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Aprelin 29-da saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
CəmiyyətAzərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq
"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq".