
Daimi əsnəmənin həyati təhlükələri açıqlandı
"Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər".
"Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər".
Gundem.today xəbər verir ki, bu barədə rusiyalı kardioloq Andrey Kondraxin RT-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əsnəmə nevroloji simptom ola bilər və buna məhəl qoyulmasa, beyinlə bağlı ciddi problemlər yarana bilər.
Xüsusilə səbəbsiz yaranan və istirahətdən sonra keçməyən davamlı əsnəmə təhlükəli sayılır. Belə hallarda beyində qan dövranı pozuntusunu qaçırmamaq üçün dərhal həkimə müraciət etmək lazımdır.
Həkim qeyd edib ki, adi yorğunluqdan yaranan əsnəmə ilə patoloji vəziyyəti fərqləndirmək vacibdir. Yorğunluq zamanı orqanizm sadəcə istirahətə ehtiyac olduğunu bildirir və bu halda qısamüddətli yuxu kifayət edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də polis səhvinə görə psixiatriya xəstəxanasında yatan şəxsə bir milyon dollara yaxın təzminat ödəniləcək
ABŞ-də, Havay ştatının Honolulu şəhərində polisin yol verdiyi yanlışlıq üzündən iki ildən çox həbsxanada və psixiatriya klinikasında saxlanılan evsiz şəxsə 975 min dollar təzminat ödəniləcək.
Dünya"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur
"Telegram"ın süni intellektə əsaslanan "redaktor" funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları aradan qaldırmaq, mətnin üslubunu formalaşdırmaq və müxtəlif dillərə tərcümə etmək mümkündür.
DünyaÇin şirkəti avtomobil istehsalında humanoid robotlardan istifadə etməyə başlayıb
Çinin nəhəng avtomobil istehsalçısı olan Şanxay Avtomobil Sənaye Korporasiyası (SAIC) öz istehsal prosesinə humanoid robotları cəlb edib.
DünyaKİV: Böyük Britaniyada yanacaq qıtlığı qeydə alınır
Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində Fars körfəzindəki münaqişə fonunda yanacaq qıtlığı müşahidə olunur.