
KİV: İki tanker Hörmüz boğazını keçməyə cəhd göstərib
İki boş tanker ABŞ və İran arasında danışıqların yekunlaşması fonunda Hörmüz boğazından Fars körfəzi istiqamətində keçməyə cəhd edib, lakin son anda geri dönüb.
İki boş tanker ABŞ və İran arasında danışıqların yekunlaşması fonunda Hörmüz boğazından Fars körfəzi istiqamətində keçməyə cəhd edib, lakin son anda geri dönüb.
Gundem.today bildirir ki, bu barədə "Bloomberg" agentliyi dəniz nəqliyyatının monitorinq sistemlərinin məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, bir gün əvvəl Hörmüz boğazında İranın Larek adasına üç tanker gedib. Bu keçid məntəqəsində onlardan ikisi - biri Yunanıstan şirkətinə məxsus olan və İraqa yönələn, ikincisi isə Pakistan bayrağı altında BƏƏ-yə gedən tanker geri dönüb.
Qeyd olunur ki, gəmilərin marşrutlarında dəyişikliklər ABŞ və İranın danışıq qruplarının Pakistandakı görüşdə razılığa gələ bilmədikləri elan edilən vaxtda baş verib. Bu, ABŞ, İsrail və İran arasında atəşkəsi təhlükə altına qoyub.
Üçüncü gəmi isə Fars körfəzi istiqamətində keçib, onun təyinat yeri məlum deyil. Agentliyin məlumatına görə, tanker Cənubi Koreyanın "Sinokor Maritime" operatoru tərəfindən idarə olunan "Haut Brion 8 SA" şirkətinə məxsusdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: ABŞ nümayəndə heyəti Pakistanı tərk edib
ABŞ nümayəndə heyəti İranla danışıqları başa vurduqdan sonra Pakistanı tam heyətdə tərk edib.
DünyaRusiyada iki kənddə fövqəladə vəziyyət rejimi tətbiq edildi: 200-dən çox həyətyanı sahəni su basdı
Rusiyanın Tomsk vilayətinin Çornaya Reçka kəndində 222 həyətyanı sahəni su basıb.
Dünyaİsveç Rusiyadan yola düşmüş gəmini saxladı
İsveç Sahil Mühafizəsi Panama bayrağı altında Rusiyadan İspaniyanın Las-Palmas şəhərinə gedən "Hui Yuan" quru yük gəmisinə baxış keçirib.
Dünyaİran zərbələrə məruz qalmış zavodun işini yaxın vaxtlarda bərpa edəcək
"İran atəşkəs rejimi elan edildikdən sonra hücuma məruz qalan Lavan adasındakı neft emalı zavodunu yaxın vaxtlarda bərpa edəcək. Zavodun bir hissəsi artıq 10 gündən sonra işə salınacaq".