
KİV: İran husiləri Qırmızı dənizdə gəmilərə hücum etməyə məcbur edir
"İran Yəmənin "Ənsar Allah" qruplaşmasının (husilər) üsyançılarını Qırmızı dənizdə gəmiçiliyə qarşı kampaniya başlatmağa sövq edir. Lakin qrupun hərbi rəhbərliyi daxilində münaqişənin daha da kəskinləşməsi ilə bağlı fikir ayrılıqları mövcuddur".
"İran Yəmənin "Ənsar Allah" qruplaşmasının (husilər) üsyançılarını Qırmızı dənizdə gəmiçiliyə qarşı kampaniya başlatmağa sövq edir. Lakin qrupun hərbi rəhbərliyi daxilində münaqişənin daha da kəskinləşməsi ilə bağlı fikir ayrılıqları mövcuddur".
Gundem.today xəbər verir ki, "Bloomberg" agentliyi bu məlumatı özəl mənbələrə istinadən yayıb.
Bildirilib ki, qruplaşma daxilində fikir ayrılıqları onların hərəkətlərinin aqressivlik dərəcəsi ilə bağlıdır. Bu hal husilərin münaqişəyə bir ay sonra girmək istəyinin səbəbini qismən izah edir. Agentlik qeyd edir ki, husilər son açıqlamasında hərbi əməliyyatları ABŞ və İsrailin İrana və "Hizbullah" da daxil olmaqla müttəfiqlərinə hücumları dayandırılana qədər davam etdirəcəklərini açıqlayıblar. Lakin onlar bəyanatlarında Qırmızı dənizdə tankerlərə hücum etmək niyyətlərini xüsusi olaraq qeyd etməyiblər. Mənbələr həmçinin ABŞ və Səudiyyə Ərəbistanı rəsmilərinin Avropa tərəfdaşlarını husilər tərəfindən mümkün eskalasiya barədə məlumatlandırdıqlarını bildiriblər. Onlar Yəmən qrupunun hazırda ABŞ və Səudiyyə Ərəbistanı obyektlərinə hücumlardan qaçmaq istədiyini bildirirlər. Eyni zamanda, xəbər qaynaqları əlavə ediblər ki, İrana qarşı əməliyyatlar nə qədər uzun müddət davam edərsə, husilərin Qırmızı dənizdəki gəmilərə zərbə endirmə ehtimalı bir o qədər yüksəlir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olundu
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olunub.
DünyaSEPAH-ın öldürülən komandanı Əlirza Təngsiri ilə vida mərasimi keçirilir - VİDEO - FOTO
İranın cənubundakı Bəndər Abbas şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsirinin ölümü ilə bağlı anım mərasimi keçirilir.
DünyaKİV: Körfəz ölkələri ABŞ-ni İranla müharibəni davam etdirməyə çağırırlar
"Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ni İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırırlar".
DünyaTürkiyənin Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mətni yaydı
Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mətni yayıb.