
KİV: Körfəz ölkələri ABŞ-ni İranla müharibəni davam etdirməyə çağırırlar
"Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ni İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırırlar".
"Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ni İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırırlar".
Gundem.today xəbər verir ki, bu iddianı "Associated Press" agentliyi ABŞ, İsrail və Fars körfəzi ölkələrindən olan adları açıqlanmayan rəsmilərə istinadən yayıb.
Məlumata görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə ABŞ-İsrail hərbi əməliyyatının İran hakimiyyətində köklü dəyişikliklər baş verənə qədər davam etməsində maraqlı olduqlarını açıqlayıblar.
Agentlik qeyd edib ki, Fars körfəzi ölkələri arasında münaqişəyə münasibət müxtəlifdir: Səudiyyə Ərəbistanı və BƏƏ döyüşkən mövqe tuturlar, Oman və Qətər isə diplomatik həll yoluna meyillidirlər.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKəşfiyyatçılar Trampa İranın planları barədə hansı məlumatı ötürüblər?
"ABŞ-nin kəşfiyyat rəsmilərinin qənaətinə görə, İran Vaşinqton administrasiyasının təhdidlərinə cavab verməyəcək".
DünyaZelenski: "Tramp Ukrayna ordusunun Donbasdan çıxarılmasını tələb edir"
ABŞ Prezidenti Donald Tramp və onun ətrafı Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması zərurətindən danışır və bunu münaqişənin həlli üçün əsas tələb hesab edir.
Dünyaİranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olundu
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olunub.
DünyaSEPAH-ın öldürülən komandanı Əlirza Təngsiri ilə vida mərasimi keçirilir - VİDEO - FOTO
İranın cənubundakı Bəndər Abbas şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsirinin ölümü ilə bağlı anım mərasimi keçirilir.