
Zelenski: "Tramp Ukrayna ordusunun Donbasdan çıxarılmasını tələb edir"
ABŞ Prezidenti Donald Tramp və onun ətrafı Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması zərurətindən danışır və bunu münaqişənin həlli üçün əsas tələb hesab edir.
ABŞ Prezidenti Donald Tramp və onun ətrafı Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması zərurətindən danışır və bunu münaqişənin həlli üçün əsas tələb hesab edir.
Gundem.today xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
Dövlət başçısı bildirib ki, D.Tramp və onun komandası münaqişəyə son qoymaq üçün Ukrayna qoşunlarının çıxarılmasından başqa yol görmürlər. V.Zelenski əlavə edib ki, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və D.Trampın kürəkəni Cared Kuşnerlə Mayamidə aparılan son danışıqlar heç bir nəticə verməyib.
Qeyd edək ki, daha əvvəl "Axios" nəşri V.Zelenskinin İranla münaqişə həll edildikdən sonra D.Trampın ona yenidən təzyiq göstərə biləcəyindən narahat olduğunu bildirib. Zelenskinin özü ABŞ-nin İranla müharibəyə son qoymaq istədiyini bildirsə də, Vaşinqtonun buna nail olmaq üçün yanaşmasını tənqid edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaErmənistanın malları onu tanımayan ölkədə ilişdi
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Ermənistana gedən təxminən 400 000 dollar dəyərində yük konteyneri Pakistanda saxlanılıb.
Dünyaİran NPT-dən çıxır? - VİDEO
"İranla ABŞ-İsrail koalisiyası arasında müharibə uzandıqca, ağır zərbələrə və ciddi itkilərə məruz qalan Tehran bilavasitə hərbi müqavimət göstərməklə yanaşı, özünü qorumaq üçün əlavə təsir və təzyiq rıçaqlarını da işə salmağa çalışır. Bunlardan birincisi Hörmüz boğazının bağlanması olub ki, hələlik özünün qlobal iqtisadi təsirləri baxımından İran hakimiyyətinin hədəflərinə uyğun nəticələr verməkdədir. Lakin ABŞ və İsrail qüvvələrinin İran ərazisinə hücumlarının daha şiddətli xarakter aldığı son
Dünyaİran İsraili yenidən vurdu: 10 nəfər yaralandı - VİDEO
İran İsrailə doğru yeni raketlər atıb.
DünyaKəşfiyyatçılar Trampa İranın planları barədə hansı məlumatı ötürüblər?
"ABŞ-nin kəşfiyyat rəsmilərinin qənaətinə görə, İran Vaşinqton administrasiyasının təhdidlərinə cavab verməyəcək".