
Kloppun gələcək hədəfi məlum oldu: "Real Madrid", yoxsa Almaniya millisi?
Hazırda "Red Bull" şirkətinin futbol üzrə idman məsləhətçisi vəzifəsini icra edən Yurgen Klopp yenidən məşqçilik karyerasına qayıtmaq üçün tələsmir.
Hazırda "Red Bull" şirkətinin futbol üzrə idman məsləhətçisi vəzifəsini icra edən Yurgen Klopp yenidən məşqçilik karyerasına qayıtmaq üçün tələsmir.
Gundem.today İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, bir müddət əvvəl mətbuatda "Real Madrid" rəhbərliyinin almaniyalı mütəxəssisi komandanın yeni baş məşqçisi postunda görmək istədiyi barədə xəbərlər dolaşırdı.
Lakin mənbənin məlumatına əsasən, Klopp indiki vəzifəsindən tamamilə razıdır və özünü kifayət qədər rahat hiss edir. Təcrübəli mütəxəssisin gələcək üçün qurduğu planlarda isə Almaniya milli komandasına rəhbərlik etmək istəyi yer alır.
Qeyd edək ki, alman məşqçinin sonuncu iş yeri 2015-ci ildən 2024-cü ilə qədər çalışdığı İngiltərənin "Liverpul" klubu olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan Kubokunda ilk finalçının adı bəlli olur: "Zirə", yoxsa "Turan Tovuz"?
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
İdmanKeniyalı idmançı Boston marafonunda rekord müəyyənləşdirdi
Keniyalı Con Korir Bostonda keçirilən 130-cu Boston marafonunun qalibi olub.
İdmanİngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşdi
"Vulverhempton" 2025/26 mövsümünün nəticələrinə əsasən, İngiltərə Premyer Liqasında yerini qoruyub saxlamaq şansını itirib.
İdmanYurgen Klinsmanın oğlu matç zamanı boynunu sındırıb
Sabiq almaniyalı futbolçu və məşqçi Yurgen Klinsmanın oğlu, "Çezena" klubunun amerikalı qapıçısı, Conatan Klinsman İtaliya B Seriyasının 35-ci turunda "Palermo"ya qarşı oyunda (0:2) boyun fəqərəsini sındırıb.